Bu gün futzal üzrə yüksək liqada 16-cı tura start verilib. Ənənəvi olaraq, bütün oyunlar eyni gündə və məkanda keçirilib.
Açılış matçında “Baku Fire” “Neftçi” İK-nı qəbul edib. Xatırladaq ki, tərəflər arasında cari mövsümdə keçirilmiş ilk iki oyunda “sülh” (5:5) qeydə alınsa da, 3-cü dövrədə “Baku Fire” 6:4 hesabıyla qalib gəlmişdi. Bu oyun “CBC Sport” vasitəsilə canlı yayınlanıb.
Baku Fire – Neftçi İK 3:3
Kənan Manafov, 21:30, Tofiq Mikayılov, 24:21, Oktay Rüstəmli, 37:33 - Şoruş Heydari, 0:11, Alireza Bayat, 1:59, Amir Şojaei, 19:11
Bakı İdman Sarayı. Saat 14.00.
Yasamal Bakı – Araz-Naxçıvan 0:16
Diaqo Auqusto, 6:15, Miloş Todoriç, 9:21, Lukas Romao, 11:08, 12:17, 25:58, Andre Junior, 12:46, Məhəmməd Abbasov, 20:36, 21:06, 29:32, 39:11, Həsənəli Rəhimov, 23:32, 36:50, Xəzər Ağalızadə, 24:45, Novruz Kazıxanov, 32:53, 33:30, Emil Həsənzadə, 37:55
Bakı İdman Sarayı. Saat 16.15.
U-19 – Record club 14:2
Rəvan Məşiyev, 3:04, 19:28, 30:06, 31:03, İlham Alıyev, 4:31, Rüfət Məmmədli, 5:35, 34:30, Oruc Aslanov, 6:32, Ümid Qəhrəmanov, 16:37, 28:40, Pünhan Qasımzadə, 18:53, 38:18, Oqtay Mahmudzadə, 32:20, Bəyoğlan Vəlizadə, 39:43 - Nahid Mirzəzadə, 21:11, Əli Axundov, 36:01 (ö.q.)
Bakı İdman Sarayı. Saat 18.15.
Xal durumu: Araz-Naxçıvan – 40, Baku Fire – 33, Neftçi İK – 32, Yasamal Bakı – 14, U-19 – 6, Record club – 4.
Bombardirlər: Reza Abgoun (Neftçi İK) – 55, Kənan Manafov (Baku Fire) - 43, Rüstəm Bağırov (Yasamal Bakı) – 34.
KƏNAN BAHADIR