“Neftçi” İK U-19-u məğlub etsə, lider ola biləcək? - YENİLƏNİR

30.11.2023 12:30 218
İdman / Manşet
Bu gün futzal üzrə yüksək liqada 9-cu tura start veriləcək.

"Football-plus.az" xəbər verir ki, ilk matçda U-19 “Neftçi” İK ilə qarşılaşacaq. Millinin çətin sınaq qarşısında olduğuna şübhə yoxdu. Çünki Hacıbala Abdullazadənin komandası autsayderlə oyunda maksimum yaxşı nəticə qazanmaq istəyəcək.

“Araz-Naxçıvan”ın da işi çətin deyil. Muxtar Respublika təmsilçisi digər autsayderlə, yəni “Record club”la üz-üzə gələcək. Lider zirvədəki yerini möhkəmləndirmək baxımından arxayınlaşmamalıdı. “Record club” 8 matçın altısında məğlubiyyətlə barışıb.

Tura “Yasamal Bakı” – “Baku Fire” qarşılaşmasıyla yekun vurulacaq. Nominal meydan sahibləri hələ ki sabit oyun tərzi yaxalaya bilməyib. Buna baxmayaraq, təhlükəsiz zonadakı yerlərini qoruyub-saxlayırlar. Rəqibin “Baku Fire” olduğunu da vurğulamalıyıq. Teymur Eyvazovun yetirmələri ötən tur xal itirdiyindəın bu oyuna çox ciddi yanaşacaq.

U-19 – Neftçi İK
30 noyabr. “Olimpik Star”. Saat 13.00.

Record club – Araz-Naxçıvan
30 noyabr. “Olimpik Star”. Saat 15.00.

Yasamal Bakı – Baku Fire
30 noyabr. “Olimpik Star”. Saat 17.00.

Xal durumu: Araz-Naxçıvan – 19, Neftçi İK – 17, Baku Fire – 15, Yasamal Bakı – 8, Record club – 4, U-19 – 3.
Bombardir: Rüstəm Bağırov (Yasamal Bakı) – 16.

KƏNAN BAHADIR