Moldovada 11 medallıq zəfər

21.05.2026 15:57 51
İdman
Karateçilərimiz Moldovada təşkil olunan açıq beynəlxalq turnirdə uğurlu nəticəyə imza atıblar.

"Football-plus.az" xəbər verir ki, idmançılarımız yarışı 11 medalla başa vurublar. Təmsilçilərimiz turnirdə səkkiz qızıl və üç bürünc medal qazanıblar.

Qızıl medallara Günay Ramazanova (61 kq), Gülşən Ramazanova (55 kq), Aysu Tarverdi (61 kq), Leyla Kərimzadə (50 kq), Fatimə Hüseynli (42 kq), Raul Abdulov (45 kq), İsmayıl Paseyev (40 kq) və Davud Əliyev (45 kq) sahib olublar.

Davud İsmayılov (40 kq), Murad Abdulov (40 kq) və Sadiq İbrahimov (35 kq) isə turnirdə bürünc medal qazanıblar.

İdmançılarımız Moldovadakı yarışda Azərbaycan Karate Federasiyasının məşqçisi Seymur Xudaverdiyevin rəhbərliyi altında çıxış ediblər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul