• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Taleyi ilə barışan “Sabah”... - KÖŞƏ

Premyer-liqa / Yazarlar

10-01-2024, 22:0

“Real” təkcə Avropanın yox, dünyanın da ən güclü klublarından sayılır.

“Kral klubu”nu sevənlər də var, ona kin-nifrət bəsləyənlər də. Zaman-zaman madridlilərin ünvanına qınaqlar səslənir, onların transfer siyasəti tənqid olunur. Bu fikrin müəllifləri əsasən “Real”ı hüdudsuz imkanlarından, yəni pulundan istifadə etməklə “transfer bazarı”nda istədiyini etməkdə qınayırlar. El dili ilə desək, pula pul deməyən klub rəsmiləri bahalı transferlər etməkdən çəkinmir, bu yolda milyonlarla vəsait xərcləyirlər. Hətta bəzən bazarın qayda-qanunları da pozulur, hansısa futbolçunun qiyməti süni şəkildə artırılır. “Real” hansısa futbolçunu heyətə qatmaq istədisə, bunun üçün xəsislik etmir. Həmin futbolçuya o qədər böyük məbləğ təklif edir ki, başqaları bu rəqabətdə açıq-aşkar uduzur. Zidan, Fiqu, Bekhem, Ronaldoların hər ikisi, Beyl... Bu siyahını o qədər genişləndirmək olar ki, qəzetimizin səhifəsi də yetməz. Yəni dünyada ulduz sayılan futbolçuların mütləq əksəriyyəti “Real”ın formasını geyib.

Sözsüz, dünya ulduzlarını Madrid klubuna gətirən “Real”a olan sevgi yox, onlara edilən fantastik transfer təklifi olub. Daha çox qazanmaq həvəsi hər kəsin başını gicəlləndirir. Klubun bəzən hədsiz israfçılıq etməsini də, ehtiyac duymadığı futbolçunu belə heyətə qatmasını da görmüşük. Bəzən “Real”ın məşqçiləri çətin seçim qarşısında qalır, kimi oynatmalı olduğunu özü də bilmir. Belədə amansız rəqabətdə uduzanlar, ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilənlər də olur. Həmin vəziyyətdə daimi oynamaq şansı qazanmayan, oyun təcrübəsindən məhrum olan futbolçu da yavaş-yavaş formadan düşür, əvvəlki səviyyəsini itirir. Nəticəsi də o olur ki, həmin o ulduz futbolçunun parıltısını sönməyə başlayır. Ondan sonra “Real”a lazım olmayan həmin o futbolçu başqa kluba keçir, heç orda da əvvəlki formasını bərpa edə bilmir. “Real”ın təklif etdiyi milyonlardan gözü qamaşan, istedadını tam aça bilməyən futbolçuların da siyahısı xeyli genişdi.

Bizə təəccüblü gəlsə də, “Real”ın belə transferlərinin də arxasında bir hiyləgər siyasət dayanır. Heç ola bilərmi ki, o qədər pula-sərvətə sahib olan, Avropanın ən qocaman və titullu klublarından birinə rəhbərlik edənlər belə incəlikləri bilməsinlər, pullarını göyə sovursunlar? Əlbəttə, ola bilməz. Ən azı ona görə ki, ora Azərbaycan deyil, orda futbolu bizimkilər kimi idarə etmirlər. Bizdə klubu idarə edənlər sponsorların pulundan daha çox pay qoparmaq üçün min cür hiyləyə əl atırlar, yararlı-yararsız xeyli transferlər edirlər. Hətta bir çox hallarda oyunçuların qiymətinin “şişirdilməsinə” də rast gəlirik. Elə “Neftçi”nin nümunəsinə baxmağımız kifayətdi. Adından göründüyü kimi neft pullarından maliyyələşən “ağ-qaralar” hər “transfer pəncəsərəsi” açılanda “bir vaqon” legioner gətirir, elə bir o qədərini də yola salır. Amma Avropanın peşəkar klublarında durum fərqlidi. Klublar özləri pul qazanır, elə həmin gəlirlərdən də büdcə formalaşır. Deməli, o pula nəzarət edənlər də büdcəni dağıtmaq fikrinə düşə bilməzlər.

“Real”ın israfçılığa bənzəyən tamahkarlığının, yerli-yersiz transferlərinin səbəbi odu ki, rəqiblərin güclənməsinə imkan verməsin. Son vaxtlar “Mançester Siti” də oxşar siyasətdən yararlanır. Bəzən mənasız görünən hansısa transferi edirlər, həmin futbolçunu ehtiyatda “çürüdürlər”. Səbəb də bəllidi. Həmin o perspektivli futbolçunun rəqiblərin hansınınsa heyətində özlərinə qarşı oynamasını əngəlləyirlər. Bəzi klubların özünün prinsipləri var. Məsələn, əsas rəqibə futbolçu satmırlar. Nə qədər pul təklif edilsə də, vacib futbolçunun rəqibin heyətinə keçməsinə imkan vermirlər. Burda məsələnin iki tərəfi var: həm öz futbolçunu itirirsən, həm də o futbolçu gedib rəqibini gücləndirir. Belədə avtomatik sənin iddiaların azalır.

“Milliləşdirilmiş” futbolçu Aleksey İsayevin “Sabah”dan “Qarabağ”a keçidi də məhz buna bənzəyir. Düzdü, Masazır təmsilçiləri bu keçiddən para qazanıb. Amma itirdikləri də olmamış deyil. Necə ki Kaşukla Mikelsin gedişindən sonra “Sabah” sürətlə zəifləyib, ortababa çevrilmişdi. İsayevin gedişiylə bu böhran daha da dərinləşəcək. Üstəlik Aleksey digər iki futbolçu kimi “Sabah”ı tərk edərək, xaricə yollanmayıb, premyer-liqanın lideri “Qarabağ”ın heyətinə keçib. Deməli, bu keçidlə “Qarabağ” bir qədər də güclənib. “Sabah” isə transferdən əldə etdiyi məbləğlə kifayətlənib. Görünən odu ki, Murad Musayevin çalışdırdığı, Maqsud Adıgözəlovun rəhbərlik etdiyi “Sabah” iddialarından da əl çəkib. Artıq qarşıda böyük məqsədlər, hədəflər yoxdu. Qış fasiləsinə 8-ci pillədə, özü də liderdən 19 xal geridə yollanan “Sabah” taleyi ilə barışıb. Bu isə Azərbaycan futbolu adına yaxşı heç nə vəd etmir.

AMAL ABUŞOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-06-2022, 15:0

Qaret Beyl "Real"dan ayrıldı

Dünya futbolu

4-09-2023, 19:0

“VAR “Real”ın xeyrinə olan hakim səhvlərinə görə tətbiq edilir”

Aktual
“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
Son xəbərlər
  • Bu gün, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Bu gün, 11:46
    “Şalke-04” üç ildən sonra elitada! - bu uğurun altında türk kapitanın imzası var
  • Bu gün, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Bu gün, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Bu gün, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
  • Bu gün, 09:48
    Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
  • Dünən, 17:15
    60 milyon dollar qazanır, yenə də narazıdı!
  • Dünən, 16:44
    İki güləşçimiz yarımfinalda - AÇ
  • Dünən, 16:13
    “Orlando” baş məşqçisini qovdu
  • Dünən, 15:42
    Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı
  • Dünən, 15:11
    Makkinnon ikinci pilləyə yüksəldi
  • Dünən, 14:40
    “Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı
  • Dünən, 14:19
    "Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu
  • Dünən, 13:48
    Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
  • Dünən, 13:34
    9 ildən sonra..
  • Dünən, 13:12
    “Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
  • Dünən, 13:00
    "Sabah" Puxaçı birdəfəlik transfer etdi - RƏSMİ
  • Dünən, 12:53
    “Qarabağ”la AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 12:38
    Millimiz üçüncü yeri tutdu - AÇ
  • Dünən, 12:17
    Rövşən Nəcəf "Sabah"ı təbrik etdi
  • Dünən, 11:56
    ''Qalatasaray'' bu göstəricidə Avropanın TOP-10 çempionatında yalnız bir klubdan geridədi
  • Dünən, 11:35
    Krivotsyuk komandasına kömək edə bilmədi
Daha çox
Oxunub: 490
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 211
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 204
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 194
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 193
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə