Ardıcıl 4-cü, 1996-cı ildən bu yana, yəni son 30 ildə isə 16-cı çempionluğunu qazanan ''Qalatasaray'' bu göstəricidə Avropanın bir çox nəhənglərini də geridə qoymağı bacarıb.
Son 30 ildə Avropanın ən güclü 10 çempionatına nəzər salsaq, İstanbul nəhəngi ən çox çempion olan klubların siyahısında ''Portu'' ilə birlikdə 2-3-cü pillələri bölüşdürür. Portuqaliya nəhəngi də 1996-dan bu yana fanatlarını 16 çempionluqla sevindirib.
Bu göstəricidə lider isə ''Bavariya''dı. 2013-24-cü illərdə ardıcıl 11 çempionluqla ''böyük beşliy''in rekordunu yeniləyən Münhen nəhəngi son 30 ildə nə az, nə çox - düz 22 dəfə çempion olub. ''Barselona'' bu müddətdə əldə etdiyi 15 çempionluqla 4-cü, ''Yuventus'' isə 14 çempionluqla 5-ci pillədə qərarlaşıb.
''Qalatasaray''ın bu göstəricidə üstələdiyi nəhənglər arasında PSV (14), PSJ (11), ''Real'' (10) və ''Mançester Yunayted'' (10) də var.