• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mutunun bəxti onda gətirib ki... - KÖŞƏ

Premyer-liqa / Yazarlar

1-11-2023, 18:0

2015-ci ilin iyulunda “Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə Montoneqro “Mladost”unu keçə bilmədi.

Hər iki qarşılaşma “sülh”lə başa çatmışdı. Bakıda 2:2, Montoneqroda isə 1:1 hesabı qeydə alınmışdı. Həmin vaxt “səfər qolu” qaydası qüvvədə olduğundan mərhələni rəqib adladı. Azarkeşlərin könlünü almağa, tənqidi fikirlərin hədəfindən yayınmağa çalışan klubun rəsmi “feysbuk” səhifəsi belə bir məqamı qabartmışdı: “Neftçi” - “Mladost” matçında meydana çıxmış 14 futbolçumuzun (11 əsas və 3 əvəzetmə) ümumilikdə orta yaş həddi 22 olub”. “Neftçi”nin rəsmi saytına açıqlama verən qapıçı Aqil Məmmədov da belə demişdi: “Çox şadam ki, belə bir komandanın üzvüyəm. Gələcəyin komandası qurulur. Əminəm ki, zamanla “Neftçi” yenə Azərbaycanın bir nömrəli komandası olacaq”.

Bu hadisənin üzərindən səkkiz il keçib. “Gələcəyin komandası qurulur” deyəndə Aqil Məmmədovun 26 yaşı var. Hazırda “Neftçi”nin üçüncü qapıçısı statusunu daşıyan Aqilin 34 yaşı var. Ötən müddət ərzində “Neftçi” heç cür gələcəyin komandasını qurub başa çıxa bilməyib. Lap orta məktəb kitablarında oxuduğumuz kommunizm haqqında hekayə kimi. İki uşaq bir-biri ilə söhbət edir. Biri deyir ki, mən istəyirəm gözümü yumub-açım və kommunizmdə yaşadığımızı görüm. Hekayənin müsbət personajı kimi təqdim olunan uşaq isə bununla razılaşmır, “mən özüm bu kommunizimin quruculuğunda iştirak etmək istəyirəm, qoy bu quruculuğa mənim də faydam dəysin”. 34 yaşlı Aqil Məmmədov indi həmin o nümunəvi sovet uşağının həyatını yaşayır. İllər keçir, “Neftçi”nin məşqçiləri, idarəçiləri, yerli və əcnəbi futbolçuları dəyişir. Aqil Məmmədovun yaşının da üstünə yaş gəlir. Amma “Neftçi”yə heç cür kommunizm gəlmir. Yəni ki gələcəyin komandasının qurulması prosesi başa çatmayıb. Kimlərsə özünü buna inandırıb. İşin əslində isə nə keçmişin, nə də gələcyin komandasının qurulmasından söhbət belə getmir.

Məsələ ondadı ki, bir müddət bundan əvvəl “Neftçi”nin rumıniyalı baş məşqçisi Adrian Mutu da gələcəyin komandasını qurduqlarını iddia etmişdi. Bunun qısa müddət ərzində görüləsi iş olmadığını demişdi. Əcnəbilərin köhnə xəstəliyidi. Özlərini elə aparırlar ki, futbolun nə olduğunu, komandanın necə qurulduğunu ancaq avropalılar bilir. Biz azərbaycanlıların heç nədən xəbəri yoxdu. Bir vaxtlar almaniyalı Berti Foqts deyirdi ki, azərbaycanlıların futbol oynamağa ayaqqabıları yox idi, butsun nə olduğunu onlara mən öyrətmişəm. Azı 15 il keçib. İndi də Foqtsa baxanda dünənki uşaq sayılacaq Adrian Mutu bizə “gələcəyin komandasının” necə qurulduğunu göstərmək fikrinə düşüb. Adama deyərlər ki, nəynən, ay Əliş?!

30 yaşını gələn ilin aprelində tamamlayacaq Olanare elə ləngdi ki, düşünüb, bir yerini tərpədənə kimi rəqib müdafiəçilər ondan topu “oğurlayır”. Sizi əmin edirəm ki, nigeriyalının yerinə Ağadadaş Salyanski oynasa, “Neftçi”yə daha çox xeyri dəyər. Komanda onsuz da uduzur, ortada nə nəticə var, nə də oyun. Olmazmı elə “Neftçi”nin və Azərbaycan futbolunun gələcəyi üçün Ağadadaşa şans verilsin? Mutu gələndən Azər Salahlı meydan üzü görmür. Sol cinah müdafiəçisi Regekampfla Mutunun “sayəsində” formasını da itirib, millidəki yerini də. Nə haqqınız var? Nə üçün rumınlar azərbaycanlı futbolçuları karyeralarının ən yaxşı vaxtında məhv edir, onları meydan üzünə həsrət qoyur? Rumınları başa düşdüm, onlar gəlmədi. Azərbaycan futbolunun gələcəyi onların vecinə də deyil. Pullarını qazanıb, səfalarını sürəcəklər. Sonra da qazandıqlarını da götürüb vətənlərinə gedəcəklər. Bəs biz neynəyəcik? Azərbaycan futbolunun bugününün və gələcəyinin məhv edilməsinə “Neftçi” rəhbərliyi niyə göz yumur?
Mutunun “gələcəyin komandası” adlandırdığı heyətdə bu gün 33 yaşlı xorvata yer tapılır, 30 yaşlı rusa qucaq açılır, onunla həmyaşıd olan iranlı baş tacı edilir. Di gəl ki, azərbaycanlılar heç kimin vecinə deyil. Onlara inam-etimad göstərilmir, şans verilmir. Buna da “dur” deyən yoxdu. “Neftçi” 11 turdan sonra cəmi 15 xal toplayıb, turnir cədvəlinin 5-ci pilləsindədi. Klub rəhbərliyinin vecinə də deyil, rumıniyalıdan hesabat da tələb etmirlər. Baş məşqçidən kim hesabat istəməlidi, azarkeşlər? Məsəli Mutudan uzaq, Fransada azarkeşlərin necə hesabat tələb etdiyini də gördük. “Lion”un avtobusuna hücum zamanı baş məşqçisi Fabio Qrossonun başını yarıblar, üzünə xəsarət yetiriblər. Mutunun bəxti onda gətirib ki, Fransada yox, Azərbaycanda işləyir. Bura isə onun kimilər üçün əsl cənnətdi.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

12-09-2022, 13:0

"Neftçi"dən 600-cü səfər qolu

Aktual
Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Şahin Diniyev “Şamaxı”da?
Son xəbərlər
  • Bu gün, 13:52
    Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
  • Bu gün, 13:24
    İki güləşçimiz 1/4 finalda - AÇ
  • Bu gün, 12:53
    UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
  • Bu gün, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Bu gün, 11:46
    “Şalke-04” üç ildən sonra elitada! - bu uğurun altında türk kapitanın imzası var
  • Bu gün, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Bu gün, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Bu gün, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
  • Bu gün, 09:48
    Əli Bəşirov Fransada! – “Strasbur” planı reallaşır
  • Bu gün, 00:13
    Xədicə gümüş medal qazandı - AÇ
  • Dünən, 23:46
    Fransa dünya çempionatı üçün heyətini açıqladı
  • Dünən, 23:11
    Əvvəlki iş yerinə qayıtdı
  • Dünən, 22:20
    21 illik həsrətə son qoydular
  • Dünən, 21:49
    “Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
  • Dünən, 21:13
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 20:42
    Prezident olmağa çox yaxındı
  • Dünən, 20:11
    64 yaşında yeni təyinat aldı
  • Dünən, 19:40
    İtaliya klubuna gərək olmadı
  • Dünən, 19:19
    Tramp boksçularla görüşdü
  • Dünən, 18:48
    “Mövsümün sonuna hələ çox var, çox şey dəyişə bilər” - sürpriz lider son uğurlarından danışdı
  • Dünən, 18:17
    Tennisdə böyük qiyam! - daha çox qazanmaq istəyirlər
  • Dünən, 17:46
    “Olimpiakos” “4-lər finalı”na vəsiqə qazandı
  • Dünən, 17:15
    60 milyon dollar qazanır, yenə də narazıdı!
  • Dünən, 16:44
    İki güləşçimiz yarımfinalda - AÇ
  • Dünən, 16:13
    “Orlando” baş məşqçisini qovdu
  • Dünən, 15:42
    Asif Məmmədov "Qəbələ"ni 10 min manat ziyana saldı
  • Dünən, 15:11
    Makkinnon ikinci pilləyə yüksəldi
  • Dünən, 14:40
    “Sabah” – tarixin beşincisi, Dambrauskas ilkə imza atdı
  • Dünən, 14:19
    "Bakı–Xankəndi" velosiped yarışına yekun vuruldu
  • Dünən, 13:48
    Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
  • Dünən, 13:34
    9 ildən sonra..
  • Dünən, 13:12
    “Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
  • Dünən, 13:00
    "Sabah" Puxaçı birdəfəlik transfer etdi - RƏSMİ
  • Dünən, 12:53
    “Qarabağ”la AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 12:38
    Millimiz üçüncü yeri tutdu - AÇ
Daha çox
Oxunub: 497
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 218
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 204
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 195
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 194
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə