• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Rayola “bu cür statistika ilə səni hara aparım” dedi”

Dünya futbolu

23-10-2023, 18:0

Bu yay futbolla vidalaşan əsrarəngiz Zlatan İbrahimoviçin həyatının sonrakı mərhələsində nə ilə məşğul olacağı bəlli deyil.

"Football-plus.az" xəbər verir ki, hələ ki o, vaxtını ailəsinə həsr edir. İbra bugünlərdə Trento şəhərində 6-cı dəfə keçirilən “Festival dello Sport” tədbirini ziyarət edib. İtaliyalı həmkarlarımız burda ondan geniş müsahibə götürüb.

- Zlatan uşaq vaxtı necə olub?
- Uşaqların böyük əksəriyyəti kimi mən də dəcəl idim. Evdə aləmi bir-birinə qatırdım. Həmişə futbol oynayırdım. Hara gedirdimsə, əlimdə top olurdu və hər yerdə oynayırdım. Baxmayaraq ki, ətrafımdakılar mənə istedadımın olmadığını deyirdilər. Topla oynamaq mənə enerji və adrenalin verirdi. Başqa lazımsız hərəkətlərim də olurdu. Amma insan böyüyür, öyrənir, təcrübə toplayır. İndi mən özüm atayam və iki uşağım var. Hərçənd bəzi şeylər dəyişmir. Məsələn, insanın təbiəti həmişə olduğu kimi qalır.
- “Ayaks”a gələrkən sizi Marko van Basten ilə müqayisə edirdilər. Bu, necə bir hiss idi?
- İlk vaxtlar mənə çox çətin idi. Hər kəs yeni Van Basten olacağımı gözləyirdi. Amma o dönəmdə hələ o səviyyədə deyildim. İlk dəfə İsveçdən kənara çıxmışdım. Üzərimdə inanılmaz təzyiq var idi. “Ayaks” tarixinin rekord transferiydim. Hamı hər matçda məndən möcüzə gözləyirdi. Açıq danışsaq, bu boyda təzyiqə, Van Bastenlə müqayisə olunmağa hazır deyildim. Hətta bir ara İsveçə qayıtmaq barədə düşünməyə başlamışdım. Amma Zlatan təslim olmağı sevmir. Mən hər zaman özümə güvənirdim. Bəzi şeylər məndən asılı deyildi. Amma yavaş-yavaş oyun cəhətdən inkişaf etdiyimi, psixoloji cəhətdən möhkəmləndiyimi hiss edirdim. 2-ci mövsümüm daha yaxşı keçdi. 3-cü mövsümdə isə artıq insanların mənimlə bağlı heç bir şübhələri qalmadı.
- Mino Rayola ilə münasibətləriniz necə idi?
- Faktiki karyeram onu tanımağımla başladı. Onu ilk dəfə görəndə “Ayaks”da 3-cü mövsümümü keçirirdim. Özündən çox razı idi. Mən də özümdən razı olmağa başladım. Amma bir müddət sonra təslim oldum. Çünki Mino mənə çox lazım idi. 3 aydan sonra o məni “Yuventus”a göndərdi. İlk görüşümüzü gözəl xatırlayıram. Suşi-barda görüşdük. İkimiz olsaq da, az qala 8 nəfərlik yemək sifariş verdi və “narahat olma, hər şey mənlikdi” dedi. Söhbət edərkən cibindən bir kağız çıxardı. Orda Vyeri, Şevçenko, İnzaqi və başqa hücumçuların statistikası qeyd olunmuşdu. Diqqətçəkən rəqəmlər idi. Mənim adımın qarşısında isə “20 oyun, 5 qol” yazılmışdı. Rayola “belə statistika ilə səni hara aparım”, - deyə soruşdu. Ona cavabımda dedim ki, başqa statistikam olsaydı, səni neynirəm? Elə anam da məni başqa kluba sata bilərdi. Ona görə də Rayoladan möcüzə gözləyirdim. Onun timsalında möhtəşəm insan, yaxşı dost və məsləhətçi tapdım. Karyeramız, demək olar, paralel inkişaf etməyə başladı. Birlikdə böyüdük. O öz sahəsində, mən isə öz sahəmdə hamıdan güclü oldum. Həyatının son dönəmində də onunla birlikdəydim. Onu bu vəziyyətdə görmək çətin idi. Emosiyalar çox idi. Onun başını qatmağa, fikrini yayındırmağa, pozitiv enerji ötürməyə çalışırdım. Həmişə başqaları haqda özündən daha çox düşünürdü. Futbolçuları özündən əvvələ qoyurdu. Hətta son günlərində də. Mənə dedi ki, məni nə xoşbəxt edirsə, onu da etməkdə davam edim. Rayola çox güclü insan idi...
- Bəs Fabio Kapello necə biri idi?
- O, mənim daha konkret və qol haqda düşünən futbolçu olmağımı istəyirdi. “Hücumçu üçün komandaya kömək etməyin ən yaxşı yolu qol vurmaqdı” deyirdi. Hər məşqdə qapı önündə necə hərəkət etməli olmağımın üzərində işləyirdik. O da məni Van Bastenlə müqayisə edirdi. Texniki cəhətdən hətta mənim üstün olduğumu deyirdi. Amma Van Bastenin rəqibin cərimə meydançasında məndən daha yaxşı hərəkət etdiyini vurğulayırdı. Mənim üçün hər şey məhz bundan başladı. David Trezeqe çox ağıllı idi. Mənə “topla istədiyin qədər hərəkət et, mən isə irəlidə səndən ötürmə gözləyəcəm” deyirdi. İtaliyadakı ilk aylarımda özümü göstərmək üçün alışıb-yanırdım. Amma hiss edirdim ki, qollarım çatışmır. Qolları Trezeqe vururdu. Məhz İtaliyada əsl hücumçu mentallığını mənimsədim. İtaliyada hücumçu yaxşı oynamaqla yanaşı, qol da vurmalıdı. Ona görə də Trezeqeyə “bundan sonra mən irəlidə səni gözləyəcəm” dedim (gülür).
- “Yuventus”dan sonra “İnter”ə yox, “Milan”a keçə bilərdiz...
- Rayola onların hər ikisiylə danışıq aparırdı. Düzdü, daha çox “Milan”a yollanmağa yaxın idim. Amma onlar həmin vaxt ÇL-in təsnifat mərhələsini keçməliydilər. Vəziyyətə tam aydınlıq gəlməsi üçün məndən bir qədər gözləməyi xahiş etdilər. “İnter” dərhal hər şeyi başa düşdü və cəld davrandı. Onlar “Milan”ı qabaqladılar. Mino dedi ki, kim birinci gəlsə, onunla da müqavilə imzalayacaq. Birinci “İnter” gəldi.
- Orda Balotelli ilə tanış olduz.
- Bir uşağın öz istedadını reallaşdırması üçün fürsəti varsa... Onun bir çox fürsəti oldu. Amma heç birindən yararlanmadı. Bəziləri dua edir ki, əllərinə bir dəfə fürsət düşsün. Balotelli isə hamısını boşa verdi.
- Rafael Leaonun “Nyukasl”a qarşı oyunda dabanla vurduğu zərbəni də buna bənzətmək olarmı?
- Xeyr, bu, tamam başqa şeydi. Onları müqayisə etmək düzgün deyil. Leao bilirdi ki, bu cür qol vursa, əsl dahi olacaq. Yalnız dahilər o vəziyyətdə nə etməli olduğunu bilirlər. Ona görə də Leao burdadı. Balotelli isə tribunalardadı...
- Zlatan güclüdü, yoxsa, Leao?
- Zlatan. Amma Leaonu məhz elə Zlatan yaratdı (gülür).
- Sizcə, ÇL-i qazanmaq üçün ən yaxşı şansınız nə vaxt idi?
- “Barselona”da. O komanda çox güclü idi və hər oyunda meydanda ağalıq edirdi. Yarımfinala qədər irəlilədik. Ən gözəl fürsət həmin an əlimdə düşmüşdü. Amma digər tərəfdən oynadığım bütün klublar potensial olaraq ÇL-i qazana bilərdi.
- Bəs “Milan”a gəlişiniz necə baş tutdu?
- Mənim üçün çətin an idi. Çünki “Barselona”nın məşqçisi nəyin bahasına olur-olsun, mənlə vidalaşmaq istəyirdi. Həmin il “Xuan Qamper” kubokunda “Barselona” ilə “Milan” qarşılaşdı. “Milan” rəhbərliyi artıq Rayola ilə danışıqlar aparırdı. “Milan”ın oyunçuları bunu bilirdi. Onlar dəhlizdə mənə “bu oyundan sonra bizə gələcəksən” deyirdi. Nesta, Pirlo, Ronaldinyo, hamısı deyirdi ki, oyundan sonra bizimlə birlikdə birbaşa Milana uçmalısan... Oyundan sonra da Ronaldinyo bizim paltardəyişmə otağına gələrək əlimdən tutdu və “dur, evə gedək” dedi. Həyat yoldaşıma bunu necə deyəcəyimi bilmirdim. Amma Qalliani özü bizim evə gəldi. Həmin axşam onunla birlikdə yeməyə getdik. Qalliani cibindən kredit kartını çıxardı, amma işə yaramadı. Həmin gün pulu mən verdim (gülür).
- Sonra PSJ macərası başladı.
- Heç də asan olmadı. Çünki “Milan”dan ayrılmaq istəmirdim. Tətilə yollanmamış Qalliani ilə görüşdüm və “söz ver ki, məni satmayacaqsan. Çünki ailəmlə birlikdə burda xoşbəxtəm” dedim. O da razılaşdı və “narahat olma” dedi. Üç həftə sonra - tətildə olarkən Rayola mənə zəng vurdu. Cavab vermədim. 1 saata 10 dəfə yığdı. Bildim ki, nəsə baş verib. Zəngə cavab verən kimi “mən heç yerə getmək istəmirəm” dedim. O isə “sən Parisə yollanırsan, artıq hər şey həll olunub” dedi. “Milan” məni də, Tyaqo Silvanı da PSJ-yə satdı. Özümü heç cür o formada təsəvvür etmirdim. Leonardo ilə söhbətdə dedim ki, PSJ səfərdə 2 minlik stadionda oynayacaq və bundan adrenalin almayacam. Məni birtəhər razı sala bilsələr də, müqaviləyə bəzi maddələr saldırdım. Minoya dedim ki, müqaviləyə velosiped də salsın (gülür).
- 35 yaşda isə İngiltərəyə yollandız.
- PSJ-də keçirdiyim 4 ildən sonra mənə dəyişiklik lazım idi. O vaxt hamı “Mançester Yunayted” haqda danışırdı. Çünki Mourinyo ora getməyə hazırlaşırdı. Mənə zəng vurub təklif irəli sürdü və mən də razılaşdım. “Yunayted” dünyanın ən yaxşı 5 klubundan biridi. Məsləhət aldığım oyunçular bu yaşda ora getməyin riskli olduğunu, karyerama ziyan vura biləcəyimi deyirdilər. Çünki pis oynasam, keçmişdə etdiklərim silinəcəkdi. 5 oyunçudan soruşdum. Hamısı “getmə” dedi. Amma bir nəfər “hə” dedi. Bu da mən özüm idim! Onlar anlamırdılar ki, “getmə” deməklə məni daha da motivasiyalandırırlar. Çətinliklərdən heç vaxt qorxmamışam. İngiltərəyə ayaq basanda çoxları mənə nifrət edirdi. Özündənrazı insan olduğumu düşünürdülər. Amma 3 aydan sonra onların hamısı mənim fanatıma çevrildi.
- “Milan”la qazandığınız son skuddeto, yəqin ki, sizin üçün unudulmazlar arasında olacaq.
- Bəli, karyeramda məni ən çox sevindirən titullardan biridi. Çünki mövsümün əvvəlində adımız heç favoritlər arasında da yox idi. Heyətdə superulduzlar yox idi. Həmin “Milan” əvvəlki klublarımdan fərqlənirdi. Belə kollektivdə oynamamışdım. Klubun özündə də vəziyyət yaxşı deyildi. Məşqçi dəyişikliyi, bəzi oyunçuların satılması gündəmdə idi. Koronavirus dönəmi də davam edirdi. Amma hər şeyə rəğmən, yumruq kimi birləşməyi bacardıq. Özünü komanda naminə fəda etməyə hazır olanlar bizlə qaldı. Hazır olmayanlar ayrıldı. İnanılmaz faydalı futbolçularımız var idi. Həm komanda üçün oynayırdılar, həm də özləri inkişaf edirdilər. Azarkeşlərsiz oynadığımız bir il bizə təzyiq hiss etmədən inkişaf etməyə yardım etdi. Sonra biz zirvəyə qalxdıqda fanatları da stadionlara buraxmağa başladılar. Bu da bizə əlavə ruh yüksəkliyi verdi. Bəziləri bizim, sadəcə, bəxtimizin gətirdiyini iddia edir. Amma belə deyil. Həmin mövsüm hər şeyi düzgün etdik. “Sassuolo”ya qarşı çempionluq matçından sonra mən duş almağa yollandım. Amma paltardəyişmə otağında ağlayanlar var idi. Bunun özü bizim necə böyük uğur qazandığımızı göstərir. “Milan”ı zirvəyə qaytaracağıma söz vermişdim və həmin an sözümü tutduğumu anladım.
- Gələcəyinizlə bağlı qərar vermisiz?
- Karyeramı bitirməyimin üstündən nə qədər vaxt ötüb? Yəqin 3-4 ay olar. İndi özümü çox sərbəst və azad hiss edirəm. Ürəyim istəyən şeyi edə bilirəm. Başımın üstündə heç kim dayanmayıb və “onu et, bunu et” deyən yoxdu. Nə ilə məşğul olmaq istədiyimi anlamaq üçün bir qədər vaxt ötməlidi. Təklif kifayət qədərdi. Hətta futbol oynadığım dövrdə aldığım təkliflərdən daha çoxdu. Elə bir iş olmalıdı ki, həm orda vəziyyəti dəyişə bilim, həm də özüm kimi qalım. Nəyisə sıfırdan başlamaq istəyirəm. Gözləyək, görək nə olur. Amma nəsə olacağı dəqiqdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

28-01-2023, 12:0

"Harda olsam da, həmişə yaxınlıqda bir top olurdu" - Kadi Borges

Dünya futbolu

20-01-2023, 21:0

Zlatan nə zaman dönəcək?

Dünya futbolu

9-04-2023, 15:0

İbrahimoviçin aqibəti müəyyənləşdi

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 213
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 198
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə