• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Klublar və məmurlar futbolçuların əməllərini gizlədirlər

Dünya futbolu

23-10-2023, 18:0

İtaliya futbolunda futbolçuların qanunsuz mərc oyunlarında iştirakı ilə bağlı qalmaqalın əhatə dairəsi hər keçən gün bir qədər də genişlənir.

"Football-plus.az" xəbər verir ki, bu prosesin uzun sürmək ehtimalı yüksək dəyərləndirilir. Mövzu isə dünya futbolu üçün heç də yeni deyil. Bu mövzuda diqqəti cəlb edən bir sıra məqamlara göz gəzdirəcəyik.

270 min funt sterlinq uduzan məşqçi cəzasız qaldı
Futbolçular bu oyuna tez-tez pul qoyuluşu edirlər. Yaxın keçmişdə “Tottenhem”də Taunsend, “Nyukasl”da Qoslinq, “Mançester Siti”də Demiçelis buna görə cəzalanıblar. Coui Barton ümumilikdə 205 min funt sterlinq məbləğində qoyuluş edib, özü də daha çox öz komandasının məğlubiyyətinə “inanıb”. Touni 5 il bu işlə “məşğul olub”, söhbət onun 232 dəfə qanun pozuntusuna yol verməsindən gedir. “Brentford”un aparıcı hücumçusunun bu əməlinin üstü isə ötən mövsümün gedişində açıldı. Halbuki klubda onun bu “fəaliyyət”dən asılı olduğu bilinirdi. Amma Ayveni müalicə etmək əvəzinə onun əməli gizlədilib.

Vaxtilə əfsanəvi ingilis qapıçı Şilton müalicə olunmuşdu. İngiltərədə hər il ludomaniyadan əziyyət çəkən onlarla futbolçu bu asılılıqdan müalicə alırlar. Psixiatrlar isə onların adlarını sirr kimi saxlayırlar. Görünür, İngiltərə klubları vaxtilə Ouen, Runi, Merson və Hamannın futbola pul qoyuluşu etməsini gizlədiblər. Bu oyunçular yalnız sonradan çətin psixoloji vəziyyətə düşdüklərini anlayanlardı. “Mançester Yunayted”in oyunçusu Gillespi kontorlarda 7 milyon funt sterlinq uduzub. Son vaxtlar Lukas Paketanın da bu işlə əlaqəsinin olub-olmadığı araşdırılır. “Vest Hem”in braziliyalı yarımmüdafiəçisinin dostlarına qeyri-qanuni yolla qazanmaqda kömək etməsi ilə bağlı şübhəli məqamlar ortaya çıxıb.

Görün, futbolçular nə dərəcədə həyasızlaşıblar ki, Trippyer ilə Starric öz transferləri üçün qoyuluş etdiklərindən müvafiq cəzalara layiq biliniblər. Futbol məmurları isə yüngül cərimələrə əl atmaq və ya susmaq taktikası seçməklə problemin miqyasının yalnız genişlənməsinə şərait yaradıblar. Kontorlarda 270 min funt sterlinq uduzan məşqçinin cəzasız qalması isə nonsensdi. Həmin məşqçi pulunun çoxunu başqa idman növü üzrə mərclərdə itirib. Amma “Milan”ın özü meydana çıxmadığı oyunlarına qoyuluş edən Tonali kimi futbola da “baş çəkib”.

Ötən il iki sabiq futbolçu – Alan Rocers ilə Stiven Cenninqs bu məşqçini şantaj etməkdə ittiham olunmuşdu. Çalışdırıcının onunla əlaqə quran hüquq-mühafizə orqanı əməkdaşlarına rüşvət təklif etməyə çalışdığı ilə bağlı xəbər də yayılmışdı. Şantajçılar müqəssir hesab edildilər. Amma Rocers ilə Cenninqs bununla hələ də barışmır və məşqçidən əl çəkməyəcəklərini deyirlər. Vəkillərə görə hərəyə 100 min funt sterlinq xərcə düşən sabiq futbolçular indi təzminat tələb edirlər. Deyilənə görə, məşqçi şantajçılarla bağlı işin qısa müddətdə bağlanmasını istəyib: məsələnin mətbuata çıxmasından təşvişə düşübmüş.

Sual olunur: məşqçinin adı niyə gizli saxlanılır? Məsələnin digər qəribə yönü isə İngiltərə Futbol Assosiasiyasının bir sıra ciddi qayda pozuntusuna yol verən həmin mütəxəssisi indiyədək cəzalandırmamasıdı. İddiaya əsasən, adı açıqlanmayan çalışdırıcı müxtəlif komandalarda çalışdığı illərdə futbol matçlarına qoyuluş edib. Bu “fəaliyyət”i onun on minlərlə funt sterlinq itirməsinə səbəb olub. Bunlara baxmayaraq, indiyədək komandasında sakitcə işini davam etdirir. Onun yeni klubuna məlum problemlə bağlı bildiriş göndərildiyi də deyilir. Bir sözlə, korrupsiya qoxusu gələn qəribə vəziyyətdi...

İtalyanlar qalmaqalı yatırmağa çalışırlar
Ludomaniya digər asılılıqlar kimi oyunlara qoyuluş edənlərin 100 faizində inkişaf edən problem sayılmır. Amma bu işə baş qoşduğu aşkarlanan bütün futbolçular xəstə hala düşmədiklərini iddia edərək yalan danışacaqlar. Bunu etiraf edənlərin sayı azdı, qalanları isə özünü toxunulmaz kastadan hesab edən həyasız zənginlərdi. İtaliyadakı qalmaqalda adı ilk dəfə ictimaiyyətə açıqlanan Facoli mərc oyunlarından asılılığını etiraf edib. “Yuventus”un gənc oyunçusu vaxtilə anasının sözünə baxmayıb, ludomaniyadan müalicə olunmağa ehtiyac duymayıb.

Artıq Nikolonun “qara kontor”larda qoyuluş etməsində Tonalinin rol oynadığını prokurorlara etiraf etdiyi də məlumdu. Yarımmüdafiəçi pulu uduzduğu adamları polislərlə baş-başa qoyub. Bu məsələdə Facolinin itirdiyi pulların məbləği müxtəlif göstərilir. Artıq qanunsuz mərc oyununda yalnız mafiyanın rol oynamadığı da böyük ölçüdə müəyyənləşib. Məsələn, Romadakı qeyri-qanuni fəaliyyət göstərən bukmeker kontorlarının arxasında tanınmış müğənninin olduğu bəllidi. Facolinin ona 70 min avro borcu var. Onu da qeyd edək ki, qanuna əsasən 3 illik müddətə cəzalanmalı olan futbolçu yalnız 7 aylığa diskvalifikasiya edilib.

Səbəb nədi? Yerli mənbələr qanunsuz mərc edənlərin sayının onlarla olduğunu vurğulayır. Şübhəlilər sırasında hətta “skuadra adzurra” ilə Avropa çempionu olan Bonuççinin adı da hallanır. Facoli azı ilyarımlıq müddətə cəzalandırılsaydı, onda yayda “Yuventus”dan Berlinin “Union” klubuna yollanan veteranı dərhal vətənə qaytarmaq lazım gələcəkdi. İndi Bonuççinin bu seçimini izah etmək daha asandı. Tonali ilə Zanyolonun hələ bir neçə ay əvvəl İtaliyanı tərk etmək istəyi də aydındı.

Sual doğuran digər məsələ məmurların İtaliya yığmasının digər oyunçularını da istintaqa cəlb edib-etməyəcəyidi. Bu halda Facoliyə yalnız 7 aylıq cəza və gülməli görünən 12,5 min avro cərimə kəsilməsi də aydındı. Yüngül cəzalar faciənin miqyasını kiçiltmək üçün lazımdı. Belə halda söhbət milli komandanın aparıcı oyunçularından gedirsə, deməli, təhqiqat prosesi azı AÇ-2024-ün Almaniyada keçiriləcək final mərhələsinin sonuna qədər uzanacaq. Yəni, bu iş fəal şəkildə əyləci basmağa bənzəyir.

Problemli futbolçuların sayı 1000-ə çata bilər
Dünyada qanundankənar pul qoyuluşu edən futbolçuların sayının 1000-ə çatması mümkündü. Latın Amerikası və Asiyada oynayanların ehtiraslı oyunlara həddən artıq aludə olduqları heç kimə sirr deyil. Yalnız Çində ifşa olunan qanunsuz kontorlar şəbəkəsində illik dövriyyənin 62 milyard dollar olduğu müəyyən edilib. Bəli, altmış iki milyard! Mərc oyunlarının qadağan edildiyi Çində yaşayanlar kriptovalyutalardan yararlanmaq və onlayn qaydada qoyuluş etmək məqsədi ilə lazımi sənədləri afrikalılardan alırlar. Belələrinin sırasında futbolçular kifayət qədərdi. Axı onlar pul sarıdan korluq çəkmirlər.

Aşağı səviyyədə danışılmış oyunların təşkili kifayət edir, bu isə “qara kontorlar” üçün yaxşıca oyun meydanı deməkdi. Futbolçuların da təqsiri var, amma bu mövzu müzakirə olunmur. Məşqçilər tərəfə də baxmaq lazımdı. Ciddi mütəxəssisin rəhbərliyi altında oynayan futbolçular futbol matçları ilə mərc etməyin qadağan olunduğunu bilməlidilər. Bu məsələdə hüquqşünaslarla klub menecerlərinin də nöqsanı var. “Nyukasl” Tonalini müdafiə edir, amma fakt budu ki, onun sabiq klubu “Milan” Sandronu yayda satdığı ərəb şeyxlərini aldadıb. İtaliya nəhənginin Tonalinin problemlərindən bixəbər olduğu heç də inandırıcı görünmür. Onu ingilislərə elə bu səbəbdən satıblar.

Lombardiyalılar transfer haqqının futbolçunun cəzalanmasından əvvəl xəzinəyə daxil olmasına şərait yaratmaq istəyiblər. Sandronun tərəfini saxlayan “sağsağanlar” isə ona görə 64 milyon avro təzminat ödəmək və ilə 10 milyon avro maaş kəsməklə bağlı müqaviləni imzalamaqla səhv addım atdıqlarını etiraf etmək istəmirlər. Futbolçularla onların asılılıqları əbədi qardaş sayılır. XX əsrdə top qovanlar qorxulu dərəcədə içirdilər. Yaxın keçmişdə isə Van Nistelroy baş məşqçi Kapelloya “Real”ın paltardəyişmə otağını səhər saatlarında həmişə tüstünün bürüməsindən şikayətlənmişdi. Bundan on il sonra futbolda yüklənmə sürətlə artmağa başladı, intensivlik isə aşağı düşmədi.

Alkoqol qəbul edib oynamaq çətindi. Qriliş kimi dözümlü olmaq tələb olunur. Müasir dövrdə oyunçuya mənəvi təzyiqin dozası sosial şəbəkələrin sayəsində artıb. Çünki futbola maraq da artıb. Bu oyunun auditoriyası 1 milyarda çatıb. Qarşıda isə Şimali Amerikanın zəngin bazarlarının fəthi dayanır. Amma futbolçular qanunsuz mərc etdikləri üçün cəzalanmaqdan qorxmurlar.

Cinayətlərə məhəl qoymamaq problemləri daha da artıracaq
Futbol məmurları, belə desək, onurğasız adamlardı. Yalnız mızıldanır və vaxtında real addımlar atmırlar. İndi futbolçularla məşqçilər boş vaxtlarında kontorlara üz tuturlar. Klublar və yerli federasiyalar qanunu pozanların bəd əməllərini böyük ölçüdə ört-basdır edirlər. FİFA və UEFA isə, belə ifadə etsək, heç qaşınmırlar.

Bu məsələdə adekvat cəza və monitorinq gözləməyə dəyməz. Şübhəlilərin siyahısına elit səviyyəli futbolçu düşsə, böyük ehtimalla ya cəzalar yüngül olacaq, ya da bir çox məqamlara göz yumulacaq. Və bu, məmurların strateji səhvi olacaq. Faydasız görünməmək üçün cinayətkarların əməllərini gizlədirlər? Yeri gəlmişkən, Facoliyə kəsilən cərimənin məbləği “Bavariya” – “Atletiko” matçına 100 funt sterlinq qoyuluş edən “Nyukasl”ın sabiq oyunçusu Koulbekin cəzasından kifayət qədər azdı.

Məmurlar hələ ki, böyük futboldakı qanunsuz tendensiyanın daha pis nəticələri haqda ciddi düşünmürlər. “Qara kontor”a faizli borcu olan futbolçu növbəti cinayətlərə əl ata, başqa həmkarını da bu işə qoşa bilər. Bunun hansı vəziyyətə yol aça biləcəyini təsəvvür etmək çətin deyil.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-09-2022, 14:0

Premyer-liqada 2 milyard 526 milyon avroluq qazanc - SİYAHI

Dünya futbolu

10-07-2022, 20:0

Sterlinq premyer-liqada 3-cü yerə yüksələcək

Dünya futbolu

2-06-2023, 21:0

“Mançester Siti”də rekord qazanc

Dünya futbolu

4-09-2023, 20:0

Buffon futbol qumarına iki milyon avro qoymuşdu

Dünya futbolu

27-01-2023, 19:0

“Çelsi”dən İngiltərədə transfer rekordu - ARAŞDIRMA

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 214
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 201
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə