Zlatan İbrahimoviçin aqibəti müəyyənləşib. “Milan” rəhbərliyi təcrübəli futbolçu ilə müqaviləni yeniləməmək qərarına gəlib.
“Football-plus.az” xəbər verir ki, “Relevo” nəşrinin məlumatına görə, 41 yaşlı İbrahimoviç omba zədəsi aldığı üçün bu mövsüm “Milan”da cəmi 4 oyun keçirib. Meydanda 144 dəqiqə görünən forvard 1 qol vurub. Zlatan komandada 2020-ci ildən çıxış edir. Bu klubla 2022-ci ildə A seriyasının qalibi olan isveçlinin “Milan”la müqaviləsinin müddəti bu ilin iyununa qədər nəzərdə tutulub. Onun komandadan ayrılandan sonra karyerasına davam edib-etməyəcəyi hələlik məlum deyil.