• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şikayətlənmə, Sayef! - KÖŞƏ

Premyer-liqa / Yazarlar

2-10-2023, 18:0

“Neftçi”nin israilli yarımmüdafiəçisi Kenni Sayef Tovuz səfəri və “Turan Tovuz”la oyun barədə klubun televiziyasına danışıb.

Gözlədiyim kimi, 30 yaşlı legioner sözlərinə xeyli şikayət çaları əlavə edib. Birlikdə diqqət yetirək: “Tovuz şəhərindəki stadionun örtüyünün süni olması yerli komandaya qarşı oynayan hər bir komanda üçün problemdi. 6-7 saatlıq yol qət edəndən sonra süni ot üzərində oynamaq elə də asan deyil”.

Nə “Neftçi” azarkeşləri məndən incisin, nə də Sayefin özü. Onların icazəsiylə mən “Neftçi”nin əcnəbi futbolçusunun dedikləri ilə razılaşmayacam.
Azərbaycan çempionatı uzun müddət paytaxt Bakıya doğru təmərküzləşib. Elitada çıxış edən səkkiz komandanın mütləq əksəriyyəti paytaxtda məskunlaşıb. “Qəbələ” istisna olmaqla, heç bir komanda əyaləti təmsil etməyib. Sözsüz, Bakı ilə Sumqayıt arasındakı 30 kilometrlik fərqi elə də böyük saymıram. Bir halda ki, həmin yolla hər gün minlərlə insan dərsə və işə gəlib-gedir, onda futbolçular da uzaq səfərə getdiklərini düşünməməlidilər. Belə durum bizim çempionatda oyanayan futbolçuları rahatlaşdırıb, onlar bir qədər ərköyün olub. İndi vəziyyət bir qədər dəyişib. Premyer-liqa iştirakçılarının sırasına “Kəpəz”, “Turan Tovuz” və “Araz Naxçıvan” əlavə olunub. Bir də “Qəbələ” öz yerini möhkəm qoruyur. Deməli, paytaxt təmsilçilərinin üzvləri ara-sıra Bakıdan çıxmalı, səfərə yollanmalı olurlar. Nəzərə alaq ki, Lənkəranla Zaqatalanın komandaları hazırda premyer-liqada yoxdu. “Araz Naxçıvan”ın da stadionu təmirə bağlanıb, buna görə də debütant hələlik rəqiblərini Mərdəkanda qəbul edir. Deməli, daha çətin səfərin əziyyətindən futbolçular xilas olub. Mövsüm ərzində iki dəfə Tovuza, iki dəfə də Gəncəyə yollanmağın nəyi çətindi ki?! Qəbələ isə Allaha şükür, əsl kurort bölgəsidi. Ordakı stadionlarda həm məşq etmək, həm də oynamaq üçün əla şərait var. Üstəlik şəhərin qonaq qəbul etmək üçün otelləri də yüksək səviyyədədi.
Belə olan halda Azərbaycana gələn legionerlərin uzaq səfərlərdən, çətin şəraitdən şikayətlənməsi heç də məntiqli görünmür. Xüsusən də “Neftçi”nin əcnəbilərinin. Bunu xüsusilə ona görə vurğulayıram ki, “Neftçi” hazırda azarkeşlərin ümidini heç doğrultmur. Baxmayaraq ki, komandanın əla maliyyə imkanları var, heyət 13 legionerlə “zənginləşdirilib”. Özü də bu zəngin heyətə adlı-sanlı rumıniyalı Adiran Mutu rəhbərlik edir. Di gəl ki, komandanın nəticələri nə legionerlərin sayı və qazandıqları pul ilə mütənasibdi, nə də Mutunun ad-sanı ilə. Bilməyənlər, yaxud da unudanlar üçün bir daha qeyd edim ki, “Neftçi” bu mövsüm premyer-liqada keçirdiyi 7 oyunun yalnız ikisində qələbə qazanıb, üç qarşılaşmada isə meydandan bərabərliklə ayrılıb. Komandanın hesabında 9 xal var və bu xal ehtiyatı bakılılara 6-cı pillədə qərarlaşmağa imkan verir. Bütün bu rəqəmlər isə ondan xəbər verir ki, “Neftçi”nin nəticələri heç də qənaətbəxş deyil. Heç sərgilənən oyun da gələcəyə ümidlə baxmağa əsas vermir. Bunun da səbəbkarları elə Sayef və onun komanda yoldaşları, o cümlədən də baş məşqçi Mutudu.

Odu ki, Sayef Tovuza yolun uzaqlığından, meydanın süni örtüyündən şikayətlənməklə indidən bəhanə axtarmasın. Elə həmin yolu qət edən və həmin örtüyün üzərində oynayan “Səbail” “Turan Tovuz”u 3:1 hesabıyla üstələmişdi. “Neftçi” “Səbail”dən zəif komandadı, ya büdcəsi ondan aşağıdı? Bəhanələr arxasında sığınmaq, xal itkisinə zəmin hazırlamaq Sayefə və onun komanda yoldaşlarına yaraşmaz. Meydana çıxmaq və döyüşmək lazımdı. Turlar irəlilədikcə “ağ-qaralar” liderlər qrupundan daha da uzaqlaşır, azarkeşlərin çempionluq arzularının üzərindən yavaş-yavaş qalın və qara bir xətt çəkilir. Yaxşı ki, elə həmin müsahibənin sonunda Sayev hansı klubda oynadıqlarını xatırladıb. Bunu onun aşağıdakı sözlərindən başa düşmək olar: “Biz "Neftçi"də oynayırıq. Hər kəs tam gücü ilə mübarizə aparmağa çalışacaq”.

Yaxşı ki, bu sözləri demisən, Sayef. Şikayətlənmək zamanı deyil, meydana çıxıb mübarizə aparmaq lazımdı. Ağ-qara rənglərə könül verən azarkeşlər bəhanə eşitməkdən yorulublar, bu şikayət dolu bəhanələrə son verin.


AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

8-07-2023, 10:0

Kenni Sayef Arşavini fərqləndirdi - AÇIQLAMA

Ölkə futbolu

19-04-2023, 13:0

“Neftçi”nin iki legioneri komanda ilə məşqlərə başladı

Ölkə futbolu

5-09-2022, 16:0

"Neftçi" zədəli futbolçularının durumunu açıqladı

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Ölkə futbolu

7-07-2022, 10:0

"Sona qədər vuruşacağam" - "Neftçi"nin yeni transferi

Aktual / Ölkə futbolu

26-06-2023, 16:0

"Turan Tovuz" "Neftçi"nin futbolçusu ilə anlaşdı

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə