"Turan Tovuz" 2023/24 "futbol ili" üçün daha bir futbolçu ilə anlaşıb.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, bu, "Neftçi"nin yarımmüdafiəçisi Xəyal Nəcəfovdu.
"Ağ-qaralar" ötən mövsümü də bölgə təmsilçisinin heyətində keçirən oyunçunu daha 1 il "Turan Tovuz"a icarəyə verib. Görünür, Ayxan Abbasov 34 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan Xəyaldan razıdı.
Xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək məqsədilə "Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq. Onun saytımıza dedikləri belə oldu: