• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” təkcə xal yox, psixoloji üstünlük də qazanır

Premyer-liqa / Yazarlar

29-09-2023, 19:0

Misli premyer-liqasının 7-ci turunda "Zirə" - "Neftçi" qarşılaşmasını mərkəzi oyun hesab etmək olardı.

Hər ikisi çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Əslində bu oyun həm də psixoloji cəhətdən üstünlük qazanmaq baxımından önəmli idi. Buna "ağ-qaralar" daha böyük ehtiyac duyurdu. Amma Adrian Mutunun rəhbərlik etdiyi flaqman donanması bu dəfə də qayalara çırpıldı. "Qartallar" hesabda geri olduqları oyunda fasilə ərəfəsində “status-kvo”nu və yekunda tablodakı nəticəni təmin etməklə psixoloji üstünlüyü daha da yaxşılaşdırdı. Çoxları qəsəbə təmsilçisindən belə uğur gözləməsə də, reallıq budu ki, "Zirə" 7 turdan sonra turnir cədvəlində vahid liderdi. Rəşad Sadıqovun yetirmələri nə qədər uğurlu çıxış etsə də, heyətlərində, əsasən də hücum xətdində kasadlıq görünməklə yanaşı, hər oyundan sonra qeyd olunan çatışmazlıq daha da qabarır. Bu yüksək sürətlə irəliləyən avtomobilin getdikcə təkərlərinin boşalmasına və hissələrinin dağılmasına bənzəyir. Ümumi götürəndə "qartallar" yayda nə qədər güclənsə də, "yarpaq tökümü"nün fəsadlarını tam aradan qaldıra bilmədi. Hücum xəttində rəqabətin olmaması barədə ötən dəfə geniş yazmışdım. Transfer yetərsizliyi, hücum potensialında rəngarəngliyin olmaması, komandanın tam formalaşmaması Rəşad Sadıqovun fərqli taktika seçməsinə gətirib çıxarıb. Yığmanın sabiq kapitanı mübariz oyun sayəsində yaxşı nəticələr qazanmaqla motivasiyanı artırmaq və taktiki gedişlərə (top saxlamaq, hücuma çıxmaq şansı əldə edəndə riskə getməyib rəqibi topsuz qoymaq, tempi öldürmək, vaxt uzatmaq və s.) yer verməklə çatışmazlığı ört-basdır etmək istəyir. Məhz "ağ-qaralar"la oyundan sonra "heç-heçə bizim üçün qələbəyə bərabərdi, ona görə də nəticədən razı qaldım" deməsi də yuxarıda qeyd etdiklərimə dəlalət edir.

"Qartallar" "Neftçi"dən xal almaqla əsas rəqiblərindən daha birini sıradan çıxardı. Buna qədər "Qarabağ"ı, "Sabah"ı, "Səbail"i məğlub edən "Zirə" xallarla yanaşı, psixoloji güc qazanır. Ən azı ilk dövrədə adı çəkilən güclülərlə görüşlərdə zirəlilərin üstünlüyü qarşıdakı matçlarda özünəinamı daha da artıracaq. Şəxsi oyunların vacibliyini də nəzərə alsaq, qəsəbə təmsilçisi bir addım öndədi. Ötən mövsüm "Qəbələ"nin avrokuboklara gedən yolda "Zirə"ni şəxsi oyunlarda üstələməsi böyük rol oynadısa, indi "Zirə" şəxsi oyunlarda da üstünlük qazanmağa çalışır.

"Molde" ilə oyun daxil son üç görüşdə qələbələri sıralaması “Qarabağ”ın liderlik iştahını artırıb. Ağdamlılar hazırkı tempi qorusa, çətin ki, çempionatda kimsə onların qarşısını ala bilsin. "Bayquşlar"la "ağ-qaralar" qara zolaqda olsalar da, ilk dövrədəki uğursuzluqlardan nəticə çıxararaq 2-ci dövrədə aqressivcəsinə hər oyuna 3 xal qoparmaq üçün çıxacaqlar. Yəni "Sabah"la "Neftçi" aylarla şikar tapa bilməyən pələng quruda ən böyük olan fillərin üzərinə hücum çəkdiyi kimi irəli atılacaqlar. "Səbail"in futbolçuları Şahin Diniyevin tapşırıqlarını hələ ki ehtiyatla, amma uğurla yaşıl meydanda yerinə yetirməkdədi. "Dənizçilər" oyundan-oyuna artırırlar. "Qəbələ" də gec-tez özünə gələcək. "Araz-Naxçıvan" hər oyunda yaradıcı oyun sərgiləməklə maksimum xal qoparmağı hədəfləyir. "Sumqayıt"da Samir Abasov kimi iddialı məşqçinin olması "kimyaçılar"ın istənilən rəqibə başağrı yaradacağı deməkdi. Bir halda ki “Kəpəz” 5 xalı "Neftçi", "Qarabağ", "Sabah" kimi komandaları büdrətməklə qazanıb, gəncəlilər haqda da uzun danışmağa ehtiyac yoxdu.

"Zirə" hələ ki liderdi, amma dalana doğru addımlayır. Odu ki, qəsəbə təmsilçisi qısa zaman kəsiyində heyətinə 2-3 hücumçu və ya hücumda oynaya biləcək oyunçu qatmalı, müdafiə ilə yarımmüdafiə xətdindəki futbolçuların zəif performansını yüksəltdirməklə məşğul olmalıdı. Əks təqdirdə "qartallar"ın uğurlu startı tədricən tənəzzüllə müşayiət olunacaq. Rəşad Sadıqov həm öz komandasının, həm də rəqibinin hər birinin çıxışlarını dərindən təhlil etməklə fəth etdiyi mövqeləri qorumalıdı. Qısası, uzaqgörənliyini işə salmalıdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-10-2022, 19:0

“Zirə”dən qələbə - YENİLƏNİB

Premyer-liqa

4-04-2023, 16:0

Əsas rəqibləri “Şamaxı” ilə “Səbail”dən aralandı – TURUN ŞƏRHİ

Ölkə futbolu / Manşet

12-04-2022, 13:0

“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

Premyer-liqa

4-05-2022, 20:0

"Uşaqlarda inamsızlıq yarandı" - Rəşad Sadıqov

Aktual
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
Son xəbərlər
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 11:10
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 495
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə