• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bəlkə italiyalılar gəlib əvəzimizə döyüşdü, özünü minanın üzərinə atdı ki... - KÖŞƏ

Manşet / Yazarlar

16-09-2023, 15:0

Getmək istəyirsən, bəhanəsiz get...


Rəhmətlik Nüsrət Kəsəmənlinin ən gözəl şeirlərindən biri də budu, azərbaycanlı kişilərin içki məclislərinin şah əsərlərindən biridi, bir az hallanan kimi hər kəsin yadına əski sevgisi düşür, aşkar da olmasa, qəlbinin dərinliklərində bu misraların fitilini yandırır. Yaxşıdı e, çox yaxşı, hələ ortada belə misralar da var:

Getmək istəyirsən... O yol, o da sən...

Bir cüt göz baxacaq arxanca sənin.


Güman etmirəm ki, Canni de Byazi payızda, noyabrda, kəsəsi, Belçika ilə səfər oyunundan sonra Azərbaycandan gedəndə arxasınca bir göz baxa. Hətta bir qədər cəsarətlənib iddia edirəm ki, italiyalı mütəxəssis Brüsseldən Bakıya dönməyəcək, seçmə mərhələnin yekunları ilə bağlı hesabatını da poçtla göndərəcək. Axı məktub yazmaq da get-gedə dəbə minir. Məsələn, sentyabrın 9-da Putinin zənglərinə cavab vermədiyini görən Paşinyan qələmə sarılaraq Rusiya prezidentinə şanlı məktub yazmışdı. Mənim siyasətlə işim yoxdu, futbol canımın canıdı, ancaq mətləbə keçməmiş bu şeirin iki misrasını da xatırlatmasam, ölləm:

Nəyimi sevmişdin? Deyə bilmədin,

İndisə yüz eyib görürsən məndə


Yaxşı, hörmətli De Byazi, üç il əvvəl bura gələndə Azərbaycan futbolunun potensialını bilmirdinmi? Bilirdinsə, nəyimizi sevmişdin? Sevmişdinsə, indi niyə gündə-gündə ünvanımıza hərzə-hədyan yağdırırsan?

İtaliya mətbuatına verdiyin növbəti açıqlamanı görəndə tüklərim biz-biz olur, nə qədər kimyəvi vasitəyə əl atsam da, daha yerinə qayıtmır. Çempionatda komanda sayı nə vaxtdan inkişafın göstəricisi olub? Şotlandiyada da cəmi 12 komanda var, cari seçmə mərhələdə 5 oyunun hamısında qələbə qazanıblar. Biz isə səndən 5 yox, 1 qələbə istəyirik.

“Bu ölkədə futbol ən vacib idman növü deyil” ifadəsi hansı dərrakənin məhsuludu? Yığmanın sabiq çalışdırıcısı Berti Foqts – hə, qonşunun evinə suyu axıdan və təmir xərclərini ödəmək istəməyən qoca – ilk dəfə bu ifadəni işlədib, sonra gələnlər də tutuquşu kimi təkrarlayır. Bu ölkədə futbol həmişə ən populyar idman növü olub, yenə də elədi. “Qarabağ”ın oyun günlərində təkcə elə sosial şəbəkələrdə yazılanlara baxmaq kifayətdi.

Güləşdi populyar, yoxsa cüdo? Sən Allah, boş verin! Deyilən kimi olsaydı, onda həmin idman növləri üzrə ölkə çempionatlarında tribunalarda yer tapılmazdı. “Azərbaycanda fərdilik o qədər üstünlük təşkil edir ki, bu ölkədə ən güclü idmançılar komanda yox, fərdi idman növlərinin nümayəndələridi” deyib, sonra da mentallıqdan gileylənməyə nə var ki? Fərdilik üstünlük təşkil edirsə, 44 günlük müharibədəki o komanda oyunu nə idi? Bəlkə italiyalılar gəlib əvəzimizə döyüşdü, özünü minanın üzərinə atdı ki, qəhrəman əsgərlərimiz irəliləsin, 30 il işğal altında qalan torpaqları alsın?!

Missiya bitmişdir, cənab De Byazi! Mənə elə gəlir ki, boş-boş bəhanələrlə dünyanı güldürmək əvəzinə özünüzə yeni iş yeri axtarmağa başlamalısız. Hərçənd inanmıram ki, bu dünyada hansısa federasiya yığmanı sizə tapşırmaq dərəcəsində səxavətli ola. Odu ki, sizə nə “çao” deyirəm, nə də “arrivederci”... Nə olar, son iki ayda rəhmətlik Nüsrət Kəsəmənlinin yuxarıda xatırlatdığım şeirini əzbərləyin.

ORXAN

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

6-04-2023, 13:0

De Byazi Bakıya nə vaxt dönəcək?

Yığma / Manşet / Günün xəbəri

9-10-2022, 12:0

De Byazi seçim qarşısında: İtaliyalı üçün yeni siyahı hazırlanır

Manşet / Yazarlar

8-09-2023, 15:0

De Byazinin təslim olmayan ruhu - KÖŞƏ

Ölkə futbolu

10-03-2023, 14:0

Canni De Byazı Gəncə və Tovuzdakı oyunları izləyəcək

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Bu gün, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Bu gün, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Bu gün, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Bu gün, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə