AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ötən ay Avstriya və İsveçə uduzan, iki oyunda qapısında 9 qol görən yığmanın uğursuz çıxışı böyükdən-kiçiyə hamını məyus edib.
Futbol ictimaiyyəti uğursuzluğa görə ölkənin əsas komandasının çalışdırıcısı Canni de Byazidən hesabat gözləsə də, italiyalı mütəxəssis Bakıya dönməyərək Stokholmdan birbaşa vətəninə uçmağı lazım bilib. Görəsən, 66 yaşlı mütəxəssis Bakıya nə vaxt qayıdacaq, hesabatı nə vaxt təqdim edəcək?
Bu suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Firuz Aabdulla ilə əlaqə saxladıq.
Qurum rəsmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Məndə olan məlumata görə, Canni de Byazi aprelin 17-də Bakıya dönməlidi. Hesabatı da Azərbaycana gələndən sonra təqdim edəcək. İcraiyyə Komitəsinin iclası? Hələ ki bu haqda hansısa məlumat yoxdu”.