• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Müharibəyə gündə 1 milyard xərcləyən ölkədə 100 min manat mükafat... - REPLİKA

Ölkə futbolu / Dünya futbolu / Yazarlar

5-07-2023, 18:0

“Matç! Premyer” kanalı bu il 6-cı dəfə beynəlxalq turnir keçirir. Bildiyiniz kimi, iştirakçılar sırasında ilk dəfə Azərbaycan təmsilзisi də var.

Təbii ki, “Neftçi”nin Sankt-Peterburq turnirinə, deməli, həm də “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda”ya qoşulmağa qərar verməsi цlkəmizdə ilk gündən heç də birmənalı qarşılanmadı. Hətta bir qədər də obyektiv olsaq, Azərbaycanda “Neftçi”nin ora yollanmasını istəməyənlərin sayı daha çox idi, nəinki istəyənlərin. Klub rəhbərliyinin bu qərarı verərkən ölkənin siyasi rəhbərliyi ilə məsləhətləşib-məsləhətləşmədiyini bilmirəm. Bildiyim isə budu: nə qədər ki, rus sulhməramlı kontingenti Qarabağdadı, bu qaba güc, “şimal ayısı” ilə ölçülü-biçili davranmağa məcburuq. Yəni siyasi-diplomatik mьnasibətlərin axarı bəzən futbolla bağlı qərarlara da təsir edir.

Ötən ilin fevralında başlatdığı ədalətsiz, işğalçı müharibəyə görə dünya idman ailəsində “yoluq cücə” kimi görünən, boks istisna olmaqla başqa idman növlərində arzuolunmaz sayılan ruslar belə beynəlxalq turnirlərə özünütəsdiq imkanı kimi baxır, heç nədən bayram ab-havası yaratmağa çalışırlar. Məsələn, “Zenit” – “Neftçi” oyununu göstərən “Matç TV” hələ bir saat əvvəldən Andrey Arşavin başda olmaqla həm studiyada, həm də stadionda olan ekspertlərlə canlı yayın təşkil etdi, Sankt-Peterburq klubu ətrafında yaşanan prosesləri xırdalıqlarına qədər araşdırdı. Azarkeş fikirlərinə, bu komandalar arasındakı duellərin tarixinə, şəhərdə bayram ab-havasının yaşanmasına yer verdilər. Kəsəsi, aura elə idi ki, şəxsən mən bəzi məqamlarda Çempionlar Liqasının qrup mərhələsinin hansısa oyununa baxmaq ərəfəsində olduğumu düşünürdüm. Oyundan əvvəl kiçik konsert proqramı da oldu. Ədalət naminə, təşkilatçıların ən azı postsovet məkanında diqqəti çəkmək üçün əlindən gələni etdiyini vurğulayaq. Bu başqa məsələ ki, bəzən istəklərlə reallıqlar üst-üstə düşmür. Təşkilatşı ölkənin komandasının – “Zenit”in futbolçularının meydana arxasında soyad yazılmayan forma ilə çıxmasının adı nədi? Və ya müharibənin hər gününə 1 milyard dollar xərcləyən ölkədə beynəlxalq turnirin qalibi üçün 100 min manat mükafatın nəzərdə tutulması? Öz aramızdı, bir neçə il əvvəl bizdə “CBC Sport” da təxminən belə mükafat fondu müəyyənləєdirmişdi. Elə reqlament də qəribədi. Sonradan oyuna qoşulan futbolçunun bir daha əvəzlənməsinə icazə verilir!

Ruslar futbolumuz haqda nə bilir?
Bütün böyük futbol ölkələrinin (Rusiyaya münasibətdə bu ifadəni işlətmək çox çətindi!) üzündən kiçiklərə münasibətdə bir qədər yekəxana davranmasına, maariflənməyə ehtiyac duymamasına bəlkə də müəyyən mənada haqq qazandırmaq olar. Öz aramızdı, qonşu-qardaş Türkiyənin futbol elitası – məşqçi və jurnalist korpusu da bu tendensiyadan xali deyil, sanki kiçikləri gözləri görmür, baxmayaraq ki, belə saymazyana münasibətə görə dəfələrlə cəzalanıblar. Hə, rusiyalı şərhçilər, aparıcı Georgi Çerdantsev Azərbaycan futbolundan az-çox xəbərdardılar, düzdü, əsasən “Neftçi”dən danışdılar, postsovet məkanında fırtına kimi əsən “Qarabağ” fenomeninə, Qurban Qurbanovun personasına toxunmadılar. Halbuki məhz Qurban Qurbanov bu gün keçmiş SSRİ-də adı hörmətlə çəkilən, nüfuzu etiraf olunan 10-15 mütəxəssisdən biridi. Ruslar da bunu ən azı Murad Musayevin müsahibələrinə və ya başına and içdikləri Stanislav Çerçesovun çoxsaylı açıqlamalarına əsasən bilməliydilər.

Bu oyunu müşayiət edən reportajlar, canlı yayın zamanı bir məqam da diqqətimi зəkdi. “Neftçi”nin baş məşqçi əvəzi İqor Getman israrla A kateqoriyasının olduğunu, Azərbaycan premyer-liqasında çalışmaq üçün Pro kateqoriyasına ehtiyac duyulduğunu bildirsə də, nədənsə həmkarlarımız bu məqamı yadda saxlamadılar, yenə də səhvə yol verdilər.

Rusiyalı şərhçilərin ümumi fikri belə oldu ki, təxminən 15 gün ərzində Sankt-Peterburqda ən yaxşı şərtlər altında toplanış keçmək “Neftç”nin də xeyrinədi. Yəni Konfrans Liqasına hazırlaşan Bakı klubu, çətin ki, “Fənərbaxça”, “Zenit” və “Srvena Zvezda” səviyyəsində rəqibləri asanlıqla tapaydı.
“Neftçi” uduzdu, bəs sonra?

Əslində 1:3 hesablı məğlubiyyətə görə adamın “Neftçi”ni qınamağa bir o qədər dili gəlmir. Baş məşqçisiz qalan komanda eksperimental heyətlə oynayan rəqibə bir hissə müqavimət göstərə, hətta irəli də çıxa bildi. Ancaq hələ ilk yarının gedişində özünü göstərən müdafiənin cinahları ilə bağlı problemlər, funksional hazırlığın aşağı olması 2-ci hissənin axarında gözə qabarıq dəydi və bunun da nəticəsi kimi bakılılar bir-birinin ardınca üç qol buraxdı. İndi “Neftçi”nin üzərinə düşən vəzifə “Srvena Zvezda” və “Fənərbaxça” ilə oyunlarda həm özünün, həm də futbolumuzun imicini qorumaqdı. İstənilən halda “Srvena Zvezda” ilə iyulun 8-də keçiriləcək oyuna qədər baş məşqçi təyinatı gerçəkləşməlidi. Bakılılar növbəti oyuna da baş məşqçisiz çıxsa, bunu nəinki ruslara, afrikalılara da anlatmaq çətin olacaq!

ORXAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

28-06-2023, 17:0

"Neftçi" Bakıdan gedir

Ölkə futbolu / Manşet

2-07-2023, 12:0

“Neftçi” Sankt-Peterburqdan 100 min manat gətirə bilər!

Premyer-liqa

29-06-2023, 14:0

"Neftçi" Rusiyaya çatdı

Manşet

1-07-2023, 22:0

""Neftçi" "Zenit"ə uduzdu - YENİLƏNİB

Manşet / Yazarlar

12-06-2023, 14:0

Ruslara kömək əlinin uzadılması - KÖŞƏ

Dünya futbolu

4-07-2023, 21:0

“Neftçi”nin rəqiblərindən heç-heçə

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə