“Neftçi” Sankt-Peterburqdan 100 min manat gətirə bilər!

2.07.2023 12:21 349
Ölkə futbolu / Manşet
“Neftçi” “PARI Premyer” kubokunun ilk oyununda “Zenit”ə uduzmaqla, demək olar ki, vətənə turnirin qalibi kimi dönmək şansını itirdi.

“Football-plus.az” xəbər verir ki, qalib komanda büdcəsini 5 milyon rubl (təxminən 100 min Azərbaycan manatı) zənginləşdirəcək. Bu haqda “Matç TV”nin baş prodüserinin müavini Dmitri Rıjkov məlumat verib:
“Mükafat fondu? Burda sirr yoxdu. Qalib 5 milyon rubl alacaq. Hesab edirəm ki, turnir vəzifəsi ilə yanaşı, bu da yaxşı motivasiyadı. Xoş bonusdu”.


Xatırladaq ki, iyulun 15-nə qədər davam edəcək turnirdə “Fənərbaxça” ilə “Srvena Zvezda” da mübarizə aparır.