"Neftçi" Bakıdan gedir

28.06.2023 17:11 627
Ölkə futbolu / Manşet
“Matç TV” telekanalı beynəlxalq “Matç TV" kuboku təşkil edəcək. Mövsümlərarası turnirdə mübarizə ilk dəfə beynəlxalq səviyyədə baş tutacaq.

Bu il turnirdə “Zenit” (Sankt-Peterburq, Rusiya), “Neftçi” (Bakı, Azərbaycan), “Fənərbaxça” (İstanbul, Türkiyə) və “Srvena Zvezda” (Belqrad, Serbiya) iştirak edəcək. Oyunlar Sankt-Peterburqda – “Qazprom Arena” və “Smena” stadionlarında keçiriləcək.

"Neftçi" turnirdə iştirak etmək məqsədilə bu gün axşam yola düşəcək. Bunu "Football-plus.az"a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Yeri gəlmişkən, turnirin təqvimini də xatırladaq.

1 iyul
20.30. “Zenit” – “Neftçi” (“Qazprom Arena”)
4 iyul
20.30. “Srvena Zvezda” – “Zenit” (“Qazprom Arena”)
8 iyul
20.30. “Neftçi” – “Srvena Zvezda” (“Smena”)
9 iyul
20.30. “Zenit” – “Fənərbaxça” (“Qazprom Arena”)
12 iyul
20.30. “Fənərbaxça” – “Srvena Zvezda” (“Smena”)
15 iyul
15.00. “Neftçi” – “Fənərbağça” (“Smena”)

Qeyd edək ki, Bakı klubu matça baş məşqçisiz yollanacaq. Komandanı oyunlara Vadar Nuriyevlə İqor Getman çıxaracaq. "Ağ-qaralar" turnirin oyunları bitdikdən sonra Moskvada “Spartak”a qarşı yoxlama oyunu da keçirəcək.

KƏNAN BAHADIR