Robbi Kin bundan sonra İsraildə işləyəcək.
“Football-plus.az” xəbər verir ki, İrlandiya yığmasının sabiq hücumçusu “Makkabi”nin baş məşqçisi təyin edilib.
Təl-Əviv klubunun saytının yaydığı xəbərə görə, onunla ikiillik müqavilə imzalanıb. Bu, keçmiş futbolçu üçün ilk baş məşqçilik təcrübəsi olacaq.
Kin indiyədək İrlandiya yığması, “Middlsbro” və “Lids” klublarında köməkçi-məşqçi vəzifəsində çalışıb