Şimali İrlandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Football-plus.az xəbər verir ki, komanda əvvəlki çalışdırıcısına həvalə olunub.
Şimali İrlandiya Futbol Federasiyasının yaydığı xəbərə görə, baş məşqçi vəzifəsinə Maykl O‘Nil təyin olunub. 53 yaşlı mütəxəssislə 5 il yarım müddətinə müqavilə imzalanıb. Başqa sözlə, o, yığmaya 2028-ci ilin yayına qədər başçılıq edəcək.
Xatırladaq ki, Maykl O‘Nil bundan əvvəl Şimali İrlandiya millisini 2012-20-ci illərdə çalışdırıb. Komanda onun rəhbərliyi altında AÇ-2016-nın pley-off mərhələsinə vəsiqə qazanıb və 1/8 finalda Uelsə uduzub (0:1).