Kolumbiya yığmasında yeni baş məşqçi

4.06.2022 18:22 425
Dünya futbolu
Kolumbiya yığmasında baş məşqçi problemi yoluna qoyulub.

Milli komandanı bundan sonra Nestor Lorenso çalışdıracaq.

Yerli federasiyanın saytının yaydığı xəbərə gör, argentinalı mütəxəssislə dördillik müqavilə imzalanıb. Lorenso qarşısında 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq vəzifəsi qoyulub. Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2012-19-cu illərdə Kolumbiya millisinin məşqçilər korpusunda çalışıb.