• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messinin davamçısının karyerası qüruba doğru gedir - TƏHLİL

Dünya futbolu

24-06-2023, 14:0

2021-ci il avqustun 5-də Lionel Messi “Barselona”nı tərk etdi. Təxminən bir ay sonra isə kataloniyalılar qürurla elan etdilər ki, klubun yeni “10 nömrə”si Ansu Fati olacaq.

"Football-plus.az" xatırladır ki, Leo gənc vingerə peşəkar karyerasının lap əvvəlində - Ansu əsas komandanın heyətində 16 yaşında fərqlənib klub tarixinə “ən gənc” qolun müəllifi kimi düşəndə xeyir-dua vermişdi.

Argentinalı belə deyirdi:

“Onu çox bəyənirəm, kömək etməyə çalışıram. Uğur qazanmaq üçün hər şeyi var. İstərdim ki, Ansunu böyük təzyiq altına salmadan tədricən əsas heyətə keçirsinlər. Yaddan çıxarmayaq ki, onun cəmi 16 yaşı var. Dünyanın ən yaxşı futbolçularından biri olmaq üçün bütün keyfiyyətlərə malikdi”.


Həmin vaxtdan artıq 4 il ötüb. Fatinin 20 yaçı var, bütün karyerası irəlidədi, ancaq çoxları artıq onun adını “Qızıl top”un gələcək sahibləri siyahısından çıxarmağa imkan tapıb. Üstəlik Xavi ilə klubun futbolçunun xidmətində maraqlı olmamasıyla bağlı xəbərlər bir-birinin ardınca gəlir, agent Ansu üçün yeni klub axtarır, vingerin atası isə bir daha “Nou Kamp”da görünməyəcəyi ilə təhdid edir.

Tələsdilər

Messinin gedişi kataloniyalıların imicinə böyük zərbə oldu. Avropanın nəhənglərindən biri axmaqlıq üzündən (ancaq təkcə özünün yox) əfsanəvi futbolçusunu itirdi – böyük biabırçılıq idi. Onu unutdurmaq lazım idi və “Barselona” variantlardan ən pisini seçdi – yaşlı Messinin yerinə yenisini müəyyənləşdirdi, 10 nömrəli futbolkanı 18 yaşlı Fatiyə verdi. “Barselona”nın tipik yetirməsinə ulduz avansını verməsi, demək olar ki, həmişə futbolçuya təsir göstərir. Riki Puç, Boyan Krkiç və bu statusun öhdəsindən gələ bilməyən onlarla başqası dediyimiz tendensiyaya bariz nümunədi. Ansu da bu planda başqalarından heç nə ilə fərqlənmirdi, ona da çətindi, hərçənd böyüklər səviyyəsində ilk iki ildə parlaq oynayırdı. Belə görünürdü ki, bu oğlanda çox şey təbii yolla alınır. Ancaq rəhbərlik arxasına çox önəmli statusa işarə olan “10 nömrə”ni yapışdırmaqla “Barselona” futbolkasını Fati üçün ağırlaşdırdı.

Özü də vinger bu şərəfə yaxşı formada olmadığı, əksinə, zədədən əziyyət çəkdiyi, yəni perspektivinin dumanlı olduğu dövrdə layiq görüldü. İş elə gətirdi ki, Fati əfsanəvi “10 nömrə” ilə təxminən bir il sonra meydana çıxdı. Dərhal qol vursa da, ardından dahi sələfindən aşkar şəkildə pis oynamağa başladı.

Aydındı ki, Ansudan Messinin göstərdiyi səviyyəni gözləməyə dəyməzdi. Ancaq yeniyetmə tədricən inkişaf baxımından “əyləci basdı”, hansısa məqamda, ümumiyyətlə, geriləməyə başladı. “Barsa”nın daha bir açılmayan istedadı Boyan Krkiç deyirdi:

“Fatinin indi yaşadığı emosiyaları anlayıram. Mən də bu yolu keçmişəm. “Barselona”da 10 nömrəli formanı daşımaq istənilən başqa komandadakının eynisi deyil. Messi ilə müqayisə edəcəklər, əks halda sən bu nömrəyə layiq deyilsən”.

Və Fati çox önəmli “10 nömrə”ni əldə edəndən sonra bütün bu tarixçə başladı. Söhbət təkcə Ansunin çiyinlərinə çökən məsuliyyətdən getmir. Daha bir ciddi dəlil var.

Ansu büllurdandı, kataloniyalılar onu gözləməkdən bezib

Mistikaya meyl edənlər düşünə bilər ki, Messidən sonra “10 nömrə” lənətlənib. Sadəcə, ona görə ki, yeni sahibinə necə zərbə vurdusa, Fati hələ də özünə gəlməyib. Həmin formanı götürdüyü 2021/22 mövsümündə vinger 5 fərqli zədə almaqla ümumilikdə 35 oyunu buraxdı. Ona qədər də menisk yırtığı üzündən təxminən bir ili boşa vermişdi. 2021-də Fati meniskin qığırdaq astarını çıxarmaqdan boyun qaçırdı. Əvvəlki əməliyyatdan sonra ağrılar keçmədiyinə görə həkimlər məhz bu variantı təklif edirdilər. Belədə bərpa prosesi 6-7 həftə çəkə, ancaq növbəti 8-10 ildə oynaqlarda problemə səbəb ola bilərdi.

Məlumdu ki, “Barselona” cərrahi müdaxilə variantının üzərində dayanıb, ancaq Fati ağrını və dizindəki iltihabı azaltmaq üçün iynə vurdurmağı seçib. Nəticədə Ansu daha dörd zədə aldı, ümumilikdə 167 gün və 37 oyun buraxdı. Bütün bu zədələr bu və ya başqa şəkildə həmin bəlalı dizlə bağlı idi. Başqa versiya da var. “The Athletic” yazır ki, Fatinin meniskindəki ilk əməliyyat plan üzrə gedib, ancaq tibbi korpus hər gün bir əvəzinə iki bərpa seansı keçməyi lazım bilməklə prosesə müdaxilə edib ki, bu da oyunçunun sağlıq durumuna təsir göstərib, residiv yaradıb. Ancaq bütün bunlar söz-söhbətdi.

Fakt isə başqadı – komanda, demək olar ki, iki mövsümü Fatisiz yola verib, az qala hər kəsi sol cinahda sınayıb. Və nəhayət, Ansu hazır olanda qəfil Xaviyə lazım olmadı. Baxmayaraq ki, 2022/23 mövsümü Messinin varisi üçün əvvəlki illə müqayisədə daha yaxşı keçib. Axı o, əvəzedici oyunçu ola-ola, 51 oyunda iştirak edib, 10 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Belə söhbətlər gəzirdi ki, Xavi vaxtilə Fatini erkən meydana qaytaran və zədəsinin dərinləşməsinə səbəbkar olan Kumanın səhvini təkrarlamaq istəmir.

“Barsa”nın indiki məşqçisi inanırdı ki, oyunçunu formasının zirvəsinə çıxaracaq və o, 16-17 yaşında olduğu kimi, yenə meydanda xarüqələr yaradacaq. Ancaq bu baş vermədi, Fati yenə də əvəzedici oyunçu kimi qalır. Hərçənd bəzən qol da vurur – hətta “el klasiko”da “Real”ın qapısına yol da tapıb. Ancaq Xavi son mövsümdə müxtəlif vaxtlarda sol cinahda ən fərqli ifaçılara – Torresə, Rafinyaya, Dembeleyə, hətta Qavi ilə Pedriyə də güvəndi. Fati isə 51 oyunun yalnız 14-də start heyətində göründü. Bəs hətta belə rəqabət fonunda da gənc istedadın əsas heyətə düşməməsinin səbəbi nədi? Kataloniya mediası iddia edir ki, Ansu ideal fiziki və mental formasından uzaqdı. İkiillik boşdayanma ona baha başa gəlib, futbolçu özünü qoruyur, sürəti və iti hərəkətləri itib. Belə göstəricilərə malik birindən isə məşqçi korpusu “10 nömrə” kimi yararlanmaqda məna görmür.

Bəs sonra?

İrəlidə ancaq dumanlı perspektivdi. Fati qalmağı çox istəyir. Ancaq belə görünür ki, “Barsa”da ürəyində eyni istəyi daşıyan başqa adam yoxdu. Atası da narazıdı:

“İstəyirəm ki, o, uğur qazansın. Bir daha stadiona gəlməyəcəm, klubun əlindən qəzəbliyəm. Biz İspaniya yığmasının oyunçusu olan, “La-Masiya”dan gələn adam haqda danışırıq. O daha artığını haqq edir. Hər şey məndən asılı olsaydı, günü sabah “Barselona”nı tərk edərdik”.

Klubda da Fatinin komandaya lazım olub-olmaması üzərində düşünürlər. Axı o, ildə təxminən 14 milyon avro alır ki, bu da klubda De Yonqla Levandovskidən sonra üçüncü ən yüksək əməkhaqqıdı. “Barsa”ya isə təcili maaş fondunu “yüngülləşdirmək” lazımdı.

İspaniyanın nüfuzlu media vasitələrinin yazdığına inansaq, Xavi rəhbərliyin Fati kimi mənasız mövsüm keçirən 23 yaşlı Ferran Torresi komandada saxlaması üçün israr edir. Baş məşqçi onun növbəti mövsümdə oyununu yaxşılaşdıracağına inanır, Fati ilə bağlı isə eyni əminliyi yoxdu.

Deyilənə görə, Ansu “Atletiko”ya, “Mançester Yunayted”ə keçə və ya oyun praktikası dalınca “Vulverhempton”a yollana bilər (onun agenti – portuqaliyalı Jorje Mendeş bütün müştərilərini bu kluba yığır). “Barselona”da isə Fatinin perspektivi gündən-günə daha dumanlı görünür. Və belə görünür ki, dünyanın ən yaxşı futbolçusu adını almağa iddialı olan istedad artıq heç vaxt bu arzuya çata bilməyəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-04-2023, 22:0

Fatinin atası “Barselona” rəhbərliyinə hücum edir

Dünya futbolu

28-05-2023, 12:0

"Barselona"dan Fati qərarı

Dünya futbolu

24-10-2022, 13:0

Fati Xavidən narazıdı

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 217
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 203
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə