“Barselona”nın hücumçusu Ansu Fati kataloniyalıların start heyətində daha çox görünmək istəyir.
"Football-plus.az" xəbər verir ki, futbolçu meydanda olduğu oyun müddətindən narazıdı. Jurnalist Xoan Fontesin bildirdiyinə görə, 19 yaşlı futbolçu start heyətinin oyunçusu olmaq istəyir, baş məşqçi Xavi isə bunun doğru qərar olduğuna əmin deyil. Məşqçi korpusu belə hesab edir ki, bunun üçün hələ tez olduğunu düşünür.
19 yaşlı Fati bu mövsüm bütün turnirlərdə 3 qol vurub, daha 3 qolun ötürməsini verib.