Lionel Messi ilə PSJ arasındakı münaqişəyə son qoyulub.
"Football-plus.az" xəbər verir ki, rəhbərlikdən icazə almadan Səudiyyə Ərəbistanına yollandığı üçün iki həftəlik cəzaya məruz qalan ulduz futbolçu artıq bu gün meydana çıxacaq.
Bunu jurnalistlərə Kristof Qaltye bildirib. Baş məşqçi Messinin “Ayaçço” ilə çempionat matçında ilk dəqiqələrdən oynayacağını deyib.