• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi PSJ-ni cəza ilə tərk edəcək? - ARAŞDIRMA

Dünya futbolu

5-05-2023, 13:0

PSJ ilə Lionel Messinin münasibətləri pozulub. Fransa klubu onu heyətdən kənarlaşdırıb. Dünya çempionuna müəyyən müddətdə komanda ilə məşq etmək və oynamaq yasaqlanıb. Rəhbərlik iki həftə nəzərdə tutulan cəza müddətində argentinalı hücumçuya məvacib də ödəməyəcək.

Bu yerdə ağla bu suallar gəlir: Parisdə nə baş verib və bundan sonra nə olacaq?

Münaqişənin səbəbi

Yaz ayları PSJ üçün asan keçmir. Komanda ölkə çempionatında keçirdiyi son 6 turda 3 dəfə məğlub olub. Başqa sözlə, hələ də çempion titulu ilə bağlı məsələ açıq qalır. Üçüncü məğlubiyyət aprelin sonunda “Loryan”la ev oyununda (1:3) qeydə alınıb. Məhz həmin matçdan sonra Messi ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına yollanıb. Onu bu ölkə ilə sponsor müqaviləsi bağlayır: Lionel ərəblərin turist səfiri statusunu daşıyır və buna görə hər il təxminən 25 milyon dollar qazanır. 35 yaşlı futbolçu komandasının məğlubiyyətinə baxmayaraq, kommersiya məsələlərini ön plana atıb və bu hərəkəti ilə klub bosslarını özündən çıxarıb.

Birincisi, razılığa əsasən, Messi Səudiyyə Ərəbistanına yalnız komandası qələbə qazanacağı və ya heç-heçə edəcəyi halda gedə bilərmiş. Lakin PSJ uduzduğu üçün bu razılaşmanı pozduğu gün kimi aydındı. İddiaya görə, futbolçu baş məşqçi Kristof Qaltye ilə klub rəsmisi Luiş Kampuşun müvafiq göstərişinə də məhəl qoymayıb. İkincisi, Lionelin bu ölkə ilə tərəfdaşlığı, yəqin ki, klubun sahiblərini təşvişə salır. Ona görə ki, PSJ səudiyyəlilərin qatı siyasi rəqibi sayılan qətərlilərə məxsusdu. Nəhayət, beynəlxalq media son aylar argentinalı futbolçunu fəal şəkildə Kriştiano Ronaldonun da top qovduğu Səudiyyə Ərəbistanına “göndərir”. Bu səbəbdən Messinin reklam xarakterli səfərini müqavilənin yenilənməsi planında parislilərə təzyiq vasitəsi kimi dəyərləndirmək olar. Belə çıxır ki, ulduz futbolçu klubun qaydalarını pozmaqla PSJ-nin sahibləri ilə faktiki düşmən mövqeyi tutan ölkəyə yollanıb. Halbuki səfər etdiyi gün Parisdə komanda ilə məşqə çıxmalı idi. Oyundaşları məğlubiyyətdən sonrakı məşqdə özlərini daha çox tərlədərkən Leo sosial şəbəkə hesablarında Səudiyyə Ərəbistanı ilə bağlı tərif dolu postlar paylaşıb. Azarkeşlər isə təbii olaraq, onun bir neçə aydan sonra bu ölkənin çempionatında oynayacağı haqda fikirlər yürütməyə başlayıblar. Odu ki, bossların buna görə çox qəzəblənməsi gözlənilən idi.

Medianın reaksiyası

Ola bilsin, rəhbərliyin futbolçuya kəsdiyi cəza həddən artıq ağırdı. Argentinalı faktiki mayın 16-na qədər klubsuz qalacaq və Fransa çempionatının növbəti iki oyununu buraxacaq.

Fransanın aparıcı media orqanları bu sanksiyaları ədalətli hesab edir. İnsaydlara görə, prezident Nasser Əl-Xelayfi heç bir futbolçunun klubdan üstün ola bilməyəcəyini düşünür və söhbət hətta Messidən gedəndə belə, hansısa oyunçuya böyük güzəşt edilməsini doğru saymır. Adının çəkilməsini istəməyən PSJ rəsmilərindən biri “RMC Sport”a belə açıqlama verib: “Heç kim PSJ-dən üstün ola bilməz. Azarkeşlər oyuna və intizamsızlığa görə qəzəblidilər və bu, klub üçün heç də yaxşı nümunə deyil. Messinin başqa futbolçulardan heç bir üstünlüyü yoxdu. Kommersiya ilə bağlı işə görə minlərlə kilometr məsafə qət edirsizsə, ilk növbədə klubun razılığını almalısız. Keçilməsinə icazə verilməyən xətlər mövcuddu”.

Versiyalar

Səbəbkarın məsələyə reaksiyası ilə bağlı mühakimə yürütmək çətindi. İnsaydlara inansaq, ona mayın 2-nə olan məlumata əsasən, cəzalanmasıyla bağlı rəsmi bildiriş göndərilməyib. Ancaq vəziyyət güman edildiyindən də çətindi və Messinin az da olsa, bəraət haqqı var. Fransa KİV-i xəbər verir ki, argentinalı bundan əvvəl komandanın nəticələrinə görə iki dəfə Səudiyyə Ərəbistanına səfəri təxirə salıb. Bu səbəbdən növbəti ertələməyə gedə bilməyib. Səfiri olduğu ölkədə tezliklə ağır istilər düşəcəyindən Lionel mövsümün sonunda ora yollana bilməyəcəkdi.

Buna görə kommersiya fəaliyyəti ilə bağlı məsələni mayın 1-də yoluna qoymağı planlaşdırıbmış. Hətta Əl-Xelayfi də daxil olmaqla bosslarla razılığa gəlibmiş. Deyilənə görə, Messi təyyarə ilə mənzil başına yollanarkən razılaşma qüvvədə olub. Amma hadisə yerinə varid olarkən qadağa tətbiq edilib. Ona görə də geri qayıtması mümkün olmayıb.

Bu versiyanın dəqiq olub-olmadığı hələ ki məlum deyil, ancaq futbolçu ilə klub arasındakı münasibətlərin birdəfəlik pozulduğu güman edilir. Kataloniya mənbələrinin yazdığına görə, Messi bir daha PSJ-nin formasında görünməyəcək və başqa klubla anlaşmağa çalışacaq. Əsas variantlardan biri, təbii ki, “Barselona”dı. İddiaya inansaq, məlum hadisə parislilərin argentinalı ilə müqaviləni yeniləmək qərarına təsir etməyib. Ancaq “Ekip” qəzeti bunun reallaşmaq ehtimalının cüzi olduğunu vurğulayır. Bu məqam isə daha maraqlıdı: PSJ Leonun yoxluğunda çempion ola bilər və bu, çox güman ki, onun Fransa karyerasının sonu olacaq...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-03-2023, 21:0

Messi Səudiyyə Ərəbistanına gedəcəkmi?

Dünya futbolu

13-05-2022, 23:0

Lionel Messi səfir oldu

Dünya futbolu

15-09-2022, 19:0

Messi ilə bağlı plan

Maraqlı

3-05-2023, 15:0

Messi Səudiyyə Ərəbistanına niyə gedib?

Dünya futbolu

15-01-2023, 21:0

Messi də Səudiyyə Ərəbistanında oynayacaq?

DÇ

20-12-2022, 14:0

Messinin DÇ STATİSTİKASI

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 173
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə