• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi mükafat qazandı, PSJ azarkeşlərini qıcıqlandırdı

Dünya futbolu

13-05-2023, 17:0

Bazar ertəsi axşam saatlarında Parisdə “Laureus World Sports Awards” mükafatının təqdimat mərasini keçirilib.

1999-cu ildə təsis olunan bu mükafat il ərzindəki uğurlarına görə idmançılara təqdim olunur. “İdman Oskarı” adlandırılan mükafatın builki qalibi Lionel Messidi. Argentinalı ulduz mükafatı alandan sonra publika önündə çıxış edib:

“Mükafata görə sağ olun. Bu səhnədə dayanmaq mənim üçün çox xoşdu. Bu anı digər qaliblərlə bölüşmək mənim üçün böyük şərəfdi. Belə mükafatlar almaq həmişə yaxşıdı, ancaq futbol komanda idman növüdü. Bu il mən ən böyük arzumu gerçəkləşdirdim – yığma ilə birgə dünya çempionu oldum. Bu hadisə, demək olar ki, karyeramın sonunda baş verdi və mənə baha başa gəldi. Çoxlu çətinlikdən keçmişəm. “Barselona” ilə çoxlu xoşbəxtlik yaşamışam, yığma ilə kədərli günlərim olub, ancaq dayanmamışam. Yolumun üzərindəki çətinliklər məni daha da gücləndirib. Mənə hörmət edən ailəmə, yaxınlarıma “çox sağ ol” deyirəm. Arzumu gerçəkləşdirə bildim. Bunu etmək üçün uzun müddət tələb olunsa da, mənim və ölkəmin başına gələn ən yaxşı hadisədi. Bütün bunları nəzərə alsaq, bu mükafat Argentina üçündü”.


Messi bu mükafata iki dəfə yiyələnən yeganə futbolçudu. 2020-ci ildə isə mükafatı “Mersedes”in pilotu Lüis Hemiltonla bölüşmüşdü. “İlin idmançısı” kateqoriyasında mükafatı almağa namizədlər siyahısında argentinalıyla yanaşı, Kilian Mbappe (Fransa, PSJ, futbol), Maks Ferstappen (Niderland, “Formula-1”), Arman Düplantis (İsveç, şüvüllə tullanan), Rafael Nadal (İspaniya, tennis) və Stefen Karri (ABŞ, “Qolden Steyt”, basketbol) da var idi. Messi həm “ilin idmançısı”, həm də Argentina yığmasının kapitanı kimi “ilin komandası” mükafatını qazandı.

Leonun mərasimə xanımı Antonello Rakutso ilə birgə qatıldığını da vurğulayaq. İştirakçılar sırasında “Barselona”nın ulduzu Robert Levandovski də var idi. Leo ilə Robert mərasimdən əvvəl Kataloniya klubunun indiki durumu ilə bağlı söhbət etdi.

PSJ-nin adını çəkmədi, azarkeşləri qəzəbləndirdi

Leonun çıxışında “Barselona”da keçirdiyi illəri xatırlaması, iyunun 30-na qədər müqavilə ilə bağlı olduğu PSJ-nin adını çəkməməsi birmənalı qarşılanmadı. Onun Paris klubunun oyunlarına çıxmaq imkanından məhrum olunmasıyla bağlı son günlərdə yaşanan qalmaqalı nəzərə alanda belə davranış bəlkə də məntiqli görünür. PSJ rəhbərliyinin argentinalı ulduzdan buna görə inciyib-incimədiyi bilinmir. Ancaq parisli azarkeşlər sosial şəbəkədə Leonun çıxışına reaksiya verməkdədi.

PSGfan1667: “Onun PSJ-nin adını çəkəcəyini niyə gözləyirdiz ki? Ona Parisdə nifrət edirlər. Enində-sonunda Messi də adamdı”.
Mallam Mohamed AYOBA: “Bu ulduzlar çörək qazandıqları yeri etiraf etmək istəmirlər. Həmişə demişəm ki, Messi və Neymar burda məzuniyyətdədilər”.
Olivier Rouillard: “Messi PSJ-yə yalnız dünya çempionatına hazırlaşmaq üçün qoşuldu”.
Daniele Berthelemy: “Leonun PSJ-nin adını çəkməməsi kədərli məqamdı”.
SuperPatLeGuen: “Hər şey deyildi, əlvida, mister Messi, sənin üçün darıxmayacağıq. Ümid edirəm ki, mümkün qədər tez gedəcəksiz. PSJ-yə hörmət göstərmədən bir gününüz də ola bulməz”.
Sirika 10: “Messini bu şəkildə təhqir edəndən sonra ondan nə gözləyirdiz ki?”
Hady Mamadie Toure: “Məhz PSJ ilə dünya çempionu olandan sonra “Barsa”da keçirdiyiniz günləri belə çox xatırlamağa başladız. Orda isə belə uğur yaşamamışdız. Məhz PSJ-də yeddinci “Qızıl top”u qazandız”.

Leonun son qərarı nə olacaq?

Messinin Səudiyyə Ərəbistanına səfəri ətrafında yaşanan qalmaqaldan xəbərdarsız. O, artıq səfəri başa çatdıraraq klubun düşərgəsinə dönüb. Kluba, oyundaşlarına ünvanlanan üzrxahlıq videosunu da hər kəs görüb. Qalmaqal bir qədər sakitləşsə də, argentinalı hücumçunun Fransa paytaxtında qalacağını təsəvvür etmək çətindi. Həm “Barselona” Lioneli geri qaytarmaq istəyir, həm də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu onunla ciddi şəkildə maraqlanır.

Ortada bir gerçəklik var ki, dünya ulduzu hələ ki karyerasını harda davam etdirəcəyi ilə bağlı qərar verməyib. Bu gün onu düşündürən əsas məsələ PSJ ilə Fransa çempionluğunu qazanmaqdı. Dünyaca məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında durumu belə anladıb:

“Leo Messi əvvəlcə Liqa 1-i qazanmaq, ardından əlində olan variantlara baxmaq istəyir. Hələ ki qərar qəbul olunmayıb. “Əl-Hilal”ın mövsümə görə 400 milyon avroluq təklifini Messi hələ apreldə alıb, ancaq hələ ki klubla futbolçu arasında heç bir anlaşma yoxdu. “Barselona” Lionelin transferi üzərində inadla çalışır. Hərçənd “maliyyə feyr-pleyi” üzündən bu keçidi reallaşdırmaq asan olmayacaq”.

Romanonun fikrincə, “Barselona” hələ də Messi üçün prioritet variant kimi qalır. Hətta onun dönüşünün gerçəkləşmək ehtimalı 1 faiz təşkil etsə də belə. Rafinyanın klubdakı gələcəyi də məhz Leonun transferindən asılıdı. Adı çəkilən insayderə inansaq, “blauqrana” braziliyalı yarımmüdafiəçi ilə vidalaşmaq istəmir, ancaq klub onu da dərk edir ki, bu satışdan yaxşı pul qazana bilər. “Barsa” argentinalını rənglərinə bağlaya bilməsə, Rafinya ilə bağlı indiki durum dəyişəcək.

Beləliklə, Messisevərlərə yalnız PSJ-nin Fransa çempionu olacağı günü gözləmək qalır. Məhz onda Leo gələcəyi haqda düşünə, dolayısıyla fanatlarını sakitləşdirə biləcək.

Reaksiyalar

Marko van Basten, Niderland yığmasının sabiq oyunçusu:

“Anlaya bilmirəm ki, çox pul qazanmaq üçün Səudiyyə Ərəbistanına yollanmağın mənası nədi. Axı o, bu pulu əvvəllər də qazanıb. Mənə belə hərəkət acınacaqlı görünür. Messi sevdiyi işlə məşğul olmalıdı, özü özünün rəisi olmalıdı”.

Xorxe Messi, Lionelin atası və meneceri:

“Növbəti il üçün heç bir klubla qətiyyən hansısa anlaşma yoxdu. Lionel PSJ-də mövsümü bitirənə qədər qərar qəbul olunmayacaq. Mövsüm başa çatandan sonra mövcud təkliflərə baxmağın və onları təhlil etməyin vaxtı çatacaq. Şayiələr həmişə gəzir, çoxları məşhurlaşmaq üçün Lionelin adından yararlanır.

Əmin edə bilərik ki, heç kimlə heç nə yoxdu. Nə şifahi, nə yazılı, nə razılaşdırılmış və mövsümün sonuna qədər də heç nə olmayacaq. Mənə elə gəlir ki, bu gerçəkçi mediaya hörmətsizlikdi. Elələri var ki, qəsdən və bilərəkdən dəlillərini əsaslandıran heç bir şey ortaya qoymurlar. Belələrinə xəbər yazarkən müxtəlif qaynaqlardan yararlanmağın zəruriliyini anlatmalı oluruq. Belələri həqiqətin onların “xəbərini” korlamasını istəmirlər”.

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-05-2022, 17:0

“Əfsanə” mükafatına layiq görüldü

Dünya futbolu

25-02-2023, 23:0

“Mən qürur duyuram, ancaq Messi haqq edib” - Nadal

İdman

23-02-2023, 16:0

İdmanda “Oskar” kimlərə veriləcək?

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə