“Əfsanə” mükafatına layiq görüldü

19.05.2022 17:13 398
Dünya futbolu
Luka Modriç titul və mükafatlar kolleksiyasını bir qədər də zənginləşdirib.

“Real”ın yarımmüdafiəçisi “Əfsanə” mükafatına layiq görülüb. İspaniyanın “Marka” qəzetinin təsis etdiyi mükafat titullarla zəngin karyerası olan idmançılara təqdim olunur. Modriç bu şərəfə layiq görülməsinə belə münasibət bildirib:

“Dünya səviyyəli KİV-dən belə mükafatı qazanmağımla fəxr edirəm. Ən yaxşı idmançılarla bir sırada olmaq mənim üçün böyük şərəfdi. Ailəmə, komanda yoldaşlarıma və məşqçilərə təşəkkür edirəm. Fərdi deyil, komanda halında titullar qazanmağa üstünlük verirəm, amma bu mükafatı qazandığıma görə çox şadam”.