“İdman “Oskar”ı” adlandırılan “Laureus” mükafatına iddialıların siyahısını dərc etmişdik.
“Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal iddialılar siyahısına düşməsini belə şərh edib:
“İlin idmançısı” mükafatına namizədlər siyahısında düşmək mənim üçün böyük şərəfdi. Ancaq bu il... Götür, Leo Messi, sən bunu haqq etdin”.
Xatırladaq ki, “ilin idmançısı” mükafatına Messi və Nadal ilə yanaşı, futbolçu Kilian Mbappe, basketbolçu Stefen Karri, pilot Maks Ferstappen və şüvüllə tullanan Arman Düplantis də namizəddi.