“Liverpul”u tərk edəcək

13.05.2023 16:50 265
Dünya futbolu
Artur Melo mövsümün sonunda “Liverpul”dan ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi bunu italiyalı jurnalist Fabritsio Romanoya açıqlamasında deyib. Artur yayda müqavilə ilə məxsus olduğu “Yuventus”a qayıdacağını bildirib.

Xatırladaq ki, “Liverpul” onu 2022-ci ilin sentyabrında icarəyə götürüb. Futbolçu bu mövsüm premyer-liqada oynamaq şansı qazanmayıb.