İspaniya kubokunun “Osasuna” ilə oyunu Kərim Benzema üçün əlamətdar olub.
“Football-plus.az” xəbər verir ki, o, “Real”ın 2:1 hesablı qələbəsi ilə bu komandada 25-ci titulunu qazanıb. Benzema bununla Marseloya məxsus rekordu təkrarlayıb. 35 yaşlı hücumçu karyerasında 33-cü titulunu qazanmaqla ən titullu fransalı futbolçu olub. Kərim “Lion”la 7, Fransa yığması ilə 1 kuboka yiyələnib.