Qriliş ən pis geyinən futbolçunu açıqladı

7.05.2023 14:21 300
Dünya futbolu
İngiltərə yığması və ''Mançester Siti''nin vingeri Cek Qriliş ''Deyli Meyl'' nəşrinə verdiyi müsahibədə maraqlı etirafları ilə diqqət çəkib.

O, belə desək, komandanın ənlərini açıqlayıb. 2021-in avqustunda 117 milyon avroya ''Aston Villa''dan transfer edilən 27 yaşlı futbolçu bu mövsüm ''Siti''nin heyətində 27 rəsmi oyunda 5 qol, 7 məhsuldar ötürməlik performans sərgiləyib.

- Məşqdə ən çox çalışan futbolçu?
- Fil Foden.

- Məşqdə ən az çalışan futbolçu?
- Kevin De Bruyne. Amma bu, qəribə şəkildə onun performansına təsir göstərmir. Nə qədər güclü oyun sərgilədiyini hər birimiz görürük.

- Ən yaxşı geyinən futbolçu?
- Kayl Uoker.

- Ən pis geyinən futbolçu?
- Rodri. Onun geyim tərzi sadəcə faciədi.

- Ən yaxşı rəqs edən futbolçu.
- Con Stouns.

- Ən pis rəqs edən futbolçu?
- Mən.

- Duşda ən uzun müddət qalan futbolçu.
- Erlinq Holann.

- İdman zalında ən uzun müddət qalan futbolçu?
- Ruben Diaş.