Çempionlar Liqasının ötən mövsümünün bombardiri (15 qol) olan Kərim Benzema srağagün cari mövsümdə də qol hesabını açdı.
Football-plus.az xəbər verir ki, o, ilk qolu Rodriqonun ötürməsindən və rəqibin səhvlər seriyasından sonra vurdu, ikincidiə isə Modriçlə Vinisius hücum qurdu. Kərim hər imkanda qətiyyətli və dəqiq forvard obrazını göstərdi. “Real”ın fransalı ulduzu bu dubl sayəsində ÇL tarxinə bir komandanın heyətində ən azı 75 qol vuran 3-cü futbolçu kimi düşdü:
Lionel Messi - 120;
Kriştiano Ronaldo - 105;
Kərim Benzema – 75.
Benzema srağagün daha bir möhtəşəm zirvəni fəth etdi. İndiyə qədər yalnız bir futbolçu – argentinalı Messi ÇL-in ardıcıl 18 mövsümündə fərqlənməyi bacarmışdı. Benzema isə onun rekordunu təkrarladı. Hər iki futbolçunun qitənin ən nüfuzlu klub turnirində qol seriyası 2005/06 mövsümündən başlayıb.