La Liqanın “Selta” ilə oyunu Kərim Benzema üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, “Real”ın 2:0 hesabıyla qalib gəlməsi onun Serxio Ramosa çatmasına şərait yaradıb.
Fransalı hücumçu madridlilərin formasında bütün turnirlərdə 437-ci qələbəsinə sevinib. Benzema ilə Ramos hazırda bu göstəriciyə əsasən “Real”ın sabiq qaıçısı İker Kasilyasdan (463) geri qalırlar.