• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“River Pleyt”i dayandıran tapıldı, son çempion vitse-çempiona qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-05-2023, 23:0

Argentina çempionatının 14-cü turunda diqqəti daha çox cəlb edən fakt liderlə əsas izləyicisinin xal itirməsi oldu. Tura turnir cədvəlinin ilk iki pilləsində başlayan komandaların eyni nəticə göstərməsi aradakı 6 xallıq fərqin qorunmasını labüd etdi.

Nəhayət, ölkə çempionatının bürünc mükafatçısı “River Pleyt”in qələbə yürüşünü dayandıran tapıldı. Ardıcıl 8 matçda maksimum nəticəyə nail olan lider San Migel de Tukumanda büdrədi. Bunu isə gözləmək olmazdı. Ona görə ki, yerli “Atletiko Tukuman” tura 24-cü yerdə başlamışdı. Bu da var ki, autsayderlər qrupunda olan komanda ilk 13 oyunda yalnız 4 dəfə uduzmuşdu. Ev sahibləri çempionluğa əsas namizəd kimi görünən rəqibə ciddi müqavimət göstərdilər. Onların hücumçusu Koronel 15-ci dəqiqədə hesabı açdı. Martin Demiçelisin komandası 7 dəqiqə sonra daha bir zərbə aldı: yarımmüdafiəçi Paradela 22-ci dəqiqədə bir neçə saniyə ərzində iki xəbərdarlıq alaraq “milyonçular”ı meydanda on nəfərlə qoydu. Qonaqlar azlıqda qalmasına baxmayaraq, hücumlar təşkil edir və hesabı dəyişməyə çalışırdılar. “Atletiko Tukuman” uzun müddət liderin hücumlarına tab gətirə bildi. Lakin aşkar üstünlüyə malik olan “River” əzmkarlığının bəhrəsini 87-ci dəqiqədə gördü: Xoakin Pereyra təhlükəni sovuşdurmaq istəsə də, topu öz qapısına yönəltdi. Matç 1:1 hesabıyla sona çatdı. 8 oyunluq qələbə seriyası qırılan “milyonçular”ın bu mövsüm ilk dəfə “sülh”ə razılaşdıqlarını qeyd edək. Başqa sözlə, çempionatda heç-heçə etməyən komanda qalmadı.
Amma liderin əsas izləyicisi ilə 6 xallıq fərq dəyişmədi. Çünki “San Lorenso” da turu heç-heçə ilə başa vurdu. “Veles Sarsfild”lə səfər oyunu “göy-qırmızılar”ın hücum xəttinin heç də güclü olmadığını bir daha göstərdi. Ruben İnsuanın komandasının qapıya endirdiyi 14 zərbədən yalnız 4-ü dəqiq alındı ki, hər bir halda rəqib qapıçı qola imkan vermədi. Elə qonaqların qapıçısı da 4 dəfə seyv etdi. Nəticədə qolsuz “sülh” “San Lorenso”nun yenə liderin əsas təqibçisi kimi qalmasına şərait yaratdı.

Tura 3-4-cü pillələri bölüşməklə başlayan komandalar fərqli nəticələr göstərdilər. “Defensa y Xustisiya” evdə “Kolon”u 2:0 hesabıyla məğlub etdi. Tonyinin dublu komandasının 3-cü yerdə qalmasını təmin etdi. “Belqrano” isə səfərdə “İndependyente”dən iki cavabsız top buraxaraq 4-cü yerdən 6-ya düşdü.

Turun ən çox maraq doğuran matçı Buenos Ayresdə keçirildi. Paytaxtda son çempionla vitse-çempion qarşılaşdı. Əvvəlki 4 oyunda yalnız bir xal qazana bilən “Boka Xuniors” eyni nəticəyə malik “Rasinq”lə duelə fırtına kimi başladı. İlk 6 dəqiqədə iki cavabsız qol vuran ev sahibləri üstünlüyünü 2-ci hissənin ortalarına qədər davam etdirdilər. 69-cu dəqiqədə Renyero fərqi azaltdı. Bundan 8 dəqiqə əvvəl hər iki komandanın meydanda on nəfərlə qaldığını qeyd edək. Hesabı açan Payero ilə qonaqların oyunçusu Nardoni arasındakı qarşıdurma hər ikisinin meydandan qovulmasıyla başa çatdı. Son dəqiqədə Merentyelin vurduğu qol baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Mariano Erronun komandasının qələbəsinə şübhə yeri qoymadı. Tura 17-ci yerdə başlayan çempion bu qələbə ilə topların daha yaxşı fərqinə əsasən “Rasinq”i arxada qoymaqla 13-cü pilləyə yüksəldi.

14-cü tur
Atletiko Tukuman - River Pleyt 1:1
Koronel, 15 – X.Pereyra, 87-öz qapısına.
Veles Sarsfild - San Lorenso 0:0
Defensa y Xustisiya - Kolon 2:0
Tonyi, 23; 70.
İndependyente – Belqrano 2:0
Kauteruçço, 9-p.; 89-p.
Talyeres de Kordoba - Rosario Sentral 3:1
M.Santos, 1; 71; 72 – A.Rodriges, 40.
Boka Xuniors - Rasinq 3:1
Payero, 3. G.Fernandes, 6. Merentyel, 90 – Renyero, 60.
Platense - Estudiantes 1:2
Taborda, 40 – M.Mendes, 3. Boselli, 31.
Sarmyento - Qodoy Krus 1:1
Qondou, 15 – Salvareski, 61.
Nyuellz Old Boyz - Arxentinos Xuniors 0:0
Atletiko Urakan – Arsenal 2:1
Kokkaro, 18. Etse, 28 – Tolosa, 14.
Ximnasiya - Tiqre 1:1
Mammini, 44 – Retegi, 90+5.
İnstituto - Sentral Kordoba 0:2
Qamba, 58. Besotsi, 90+3.
Banfild - Barrakas Sentral 0:0
“Union” – “Lanus” oyunu təxirə salınıb.

1. River Pleyt 14 11 1 2 25-6 34
2. San Lorenso 14 8 4 2 15-5 28
3. Defensa y Xustisiya 14 8 3 3 20-8 27
4. Talyeres de Kordoba 14 7 3 4 23-12 24
5. Estudiantes 14 7 3 4 16-13 24
6. Belqrano 14 7 3 4 13-11 24
7. Rosario Sentral 14 6 5 3 19-19 23
8. Lanus 13 6 4 3 21-14 22
9. Qodoy Krus 14 6 3 5 18-18 21
10. Tiqre 14 5 5 4 14-14 20
11. Arxentinos Xuniors 14 5 4 5 17-12 19
12. Nyuellz Old Boyz 14 5 4 5 10-12 19
13. Boka Xuniors 14 5 3 6 18-15 18
14. Rasinq 14 5 3 6 17-19 18
15. Sentral Kordoba 14 5 3 6 10-15 18
16. Platense 14 4 5 5 15-17 17
17. İnstituto 14 4 5 5 13-16 17
18. Veles Sarsfild 14 3 7 4 16-13 16
19. Sarmyento 14 4 4 6 15-15 16
20. Atletiko Urakan 14 4 4 6 15-19 16
21. Banfild 14 3 6 5 9-15 15
22. Ximnasiya 14 4 3 7 14-23 15
23. Kolon 14 2 8 4 12-16 14
24. Atletiko Tukuman 14 2 8 4 12-17 14
25. Barrakas Sentral 14 3 5 6 10-18 14
26. İndependyente 14 2 7 5 11-15 13
27. Arsenal 14 3 2 9 12-21 11
28. Union 13 1 5 7 8-20 8

Bombardirlər: Retegi (Tiqre) - 9, L.Dias (Lanus), M.Santos (Talyeres de Kordoba), Veqetti (Belqrano) - 8, Avalos (Arxentinos Xuniors), Kauteruçço (İndependyente), N.Fernandes (Defensa y Xustisiya) - 7.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-04-2023, 13:0

Autsayder ilk qələbəsini çempion üzərində qazandı! - ŞƏRH

Dünya futbolu

31-03-2023, 16:0

Son çempion debütanta evdə məğlub oldu - ŞƏRH

Dünya futbolu

7-04-2023, 22:0

“River Pleyt” fərqi 4 xala çatdırdı: İbarranın “Boka”dakı fəaliyyəti 8 ay çəkdi

Dünya futbolu

17-03-2023, 15:0

“San Lorenso” vahid lider oldu, son çempion autsayderdən xal ala bilmədi - ŞƏRH

Dünya futbolu

13-03-2023, 15:0

İlk “7-lik”də qələbəsizlik – ŞƏRH

Dünya futbolu

25-02-2023, 12:0

Artıq çempionatda xalsız komanda yoxdu - ŞƏRH

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 126
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə