“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
"Football-plus.az" xəbər verir ki, seriya Misli premyer-liqasının 30-cu turunda sona çatıb. Qurban Qurbanovun yetirmələri səfərdə "Sabah"a uduzub - 1:2. Bunadək ağdamlılar 49 matç idi ki, məğlub olmurdu. Bu isə Azərbaycan rekordudu.
Ağdam klubunun "Sabah"adək son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Komanda səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzub. Bu müddətdə 40 qələbə və 9 heç-heçə qeydə alınıb.
İSMAYIL XEYRULLAYEV