“Liverpul”un 29 oyunluq seriyası qırıldı

30.10.2022 19:11 335
Dünya futbolu
İngiltərə çempionatının “Lids”lə oyunu “Liverpul” üçün uğursuz aınıb.

Football-plus.az xəbər verir ki, Mersisayd klubu 2021-ci ilin martından sonra öz meydanında ilk dəfə uduzub (1:2).

Bununla da komandanın premyer-liqada evdə 29 oyunluq məğlubiyyətsiz seriyası qırılıb. Yürgen Kloppun komandası bu matçlardan 22 qələbə və 7 heç-heçə ilə ayrılmışdı.