Çempionlar Liqasının 1/8 finalının oyunları keçirilib.
"Liverpul" doğma meydanda "İnter"i qəbul edib - 0:1. Ev sahibi son 1 ildə ilk dəfə öz meydanında uduzub. Bu barədə yerli mətbuat xəbər yayıb. Komandanın "Enfild"dəki 28 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. "Liverpul" son dəfə doğma meydanda 2021-ci ilin mart ayının 7-də "Fulhem"ə məğlub olub.
Qeyd edək ki, "Liverpul" ilk qarşılaşmada 2:0 hesabı ilə qələbə qazandığı üçün 1/4 finala vəsiqə qazanıb.