Evdə “Yuventus”a uduzan (0:1) “İnter”in çalışdırıcısı Simone İnzaqi qolun qaydalar çərçivəsində vurulmadığını bildirib.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi oyundan sonrakı mətbuat konfrasında narazılığını bu şəkildə ifadə edib:
“Yeganə qolu VAR erasında buraxmağımızı qəbul etmək çox çətindi. O otaqda oturanlardan qol epizodunun şərhi ilə bağlı ağılabatan açıqlama eşitməmək həm qəbuledilməz, həm də hörmətsizlikdi. Bizim üçün üzücü məqamdı və buna görə klubumuza hörmət edilməsini istəyirik. Məşqçi kimi bu haqda danışmağı özüm üçün çətin hesab edirəm. Qoldan əvvəl əllə oyunun olduğunu göstərən 20 müxtəlif kadr görmüşəm. Hakimlik üzrə ekspertin fikrini eşitdim, amma onu qəbul edə bilmərəm”.