A seriyasının prinsipial oyununda “Yuventus”a uduzan (0:2) “İnter”in çalışdırıcısı nəticədən narazılıq edib.
Simone İnzaqi nəticəni ədalətsiz sayır:
“İlk hissəni çox yaxşı keçirsək də, fasiləyə qədər qol vura bilmədik. İkinci hissəyə də yaxşı başladıq, ancaq əks-hücumda top buraxdıq. Konsentrasiyanı bir qədər itirdik, bununla belə qol vurmaq şansımız vardı, amma ikinci topu da buraxdıq. Nəticədə böyük oyunda üzücü məğlubiyyət aldıq. Nəticənin ədalətsiz olduğunu düşünürəm”.