Lakin baş məşqçi yeni təklifdən imtina edib. 45 yaşlı mütəxəssis bu barədə özü açıqlama verib:
“Klubla hələ 2 illik müqaviləm var. “İnter” mənə müddəti uzatmağı təklif etdi, amma mən rəhbərlikdən mövsümün sonuna qədər gözləməyi xahiş etdim. Məncə, mövsümün indiki məqamında müqavilələr nəticələrdən vacib deyil”.
İnzaqi “İnter”i cari mövsümün əvvəlindən çalışdırır. İtaliyanın son çempionu hazırda A seriyasının turnir cədvəlində 30 oyuna 63 xalla 3-cü yerdədi. Ehtiyatda bir təxirə salınan oyunu olan İnzaqinin komandası lider “Milan”dan 4 xal geri qalır.


