Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Tayyip Talha Sanuç yığmanın Avro-2024-ün seçmə mərhələsində Ermənistan və Xorvatiya ilə oyunlar üçün heyətindən çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
23 yaşlı müdafiəçi zədə səbəbindən siyahıdan kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə millisi martın 25-də Ermənistanın qonağı olacaq, 3 gün sonra isə Xorvatiyanı qəbul edəcək.