• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Veqhorst “Enfild”dəki lövhəyə toxundu, aləm qarışdı

Dünya futbolu

13-03-2023, 20:0

“Mançester Yunayted”in “Enfild”dəki son darmadağının futbol yönləri ilə bağlı son günlər çox söz deyilib, çox danışılıb.

Azarkeşlər isə “qurbanlıq qoyun” axtarır. Deyəsən, tapıblar da – Vaut Veqhorst. Sən demə, MY-nin niderlandlı hücumçusu yaşıl meydana çıxmaq ərəfəsində “This is Anfield” (Bu “Enfild”di) yazılan lövhəyə toxunmaqla işləri korlayıb. Onun bu jesti “Yunayted” azarkeşləri arasında ciddi narazılıq dalğası doğurub.

Lövhənin mənası nədi? Niyə ona toxunmaq olmaz?

“This is Anfield” lövhəsi “Liverpul”un ev oyunlarını keçirdiyi stadionun rəmzlərindən biridi. “Qırmızılar”ın əksər fanatları ona toxunmağı arzulayır. Bu lövhəni vaxtilə komandanın əfsanəvi baş məşqçisi Bill Şenkli asıb: “Bu lövhə onun üçündü ki, bizə kimin üçün oynadığımızı, rəqiblərə isə kimə qarşı oynadıqlarını xatırlatsın”.

“Liverpul”un futbolçuları uzun illər ərzində meydana çıxarkən məhz bu lövhəyə toxunub. Komandanın indiki çalışdırıcısı Yürgen Klopp isə “This is Anfied” yazısından oyunçulara motivasiya vermək üçün özünəməxsus şəkildə yararlanır. Almaniyalı komanda üzvlərinə deyib ki, titul qazanmayan heç bir futbolçu həmin lövhəyə toxuna bilməz. Və futbolçular 2019-cu ildə Çempionlar Liqasını qazanana qədər onun dediyinə əməl ediblər.

Rəqiblər lövhəyə toxuna bilməz? Yox əşi, kiminsə bu hətta xoşuna gəlib. Məsələn, Veqhorstun tərəfini tutan Yan Rayt da lövhəyə toxunduğunu etiraf edib: “Əlbəttə, mən ona toxunmuşam. Ancaq komanda yoldaşlarımla oynamaq üçün meydana çıxanda yox, isinmə hərəkətləri ərəfəsində. Meydana çıxırsan, lövhəni görürsən və toxunmaya bilmirsən. Bu ki əfsanədi!”

“Liverpul”un və “Everton”un sabiq futbolçusu Don Hatçinson yazır ki, meydana çıxmaq ərəfəsində “This is Anfield”ə toxunan çoxlu qonaq oyunçu görüb. Hərçənd o özü belə etməyib. Yeri gəlmişkən, Karlo Ançelotti 2014-də həmin lövhənin yanında şəkil çəkdirib, Yosip İliçiç isə “This is Anfield”ə toxunmasıyla bağlı tatunu bədəninə döydürüb.

Başqa komandaların formasını geyən, sadəcə, “Liverpul”a azarkeşlik edən oyunçular da lövhəyə toxunub. “Blekbern”dən Robbi Sleyter etiraf edir ki, 1995-ci ildə lövhəyə əlini vurub və buna görə “qırmızılar”ın ulduzu Con Barnsdan danlaq eşidib: “O mənə qışqırdı və dedi ki, sən rəqibin oyunçususan. Mən də cavabında dedim ki, “Liverpul”a azarkeşlik edirəm və toxunmağa tam haqqım çatır”.

Veqhorstdan başqa meydana çıxmaq ərəfəsində Van Diyk, Aleksander-Arnold və Elliott da lövhəyə toxunub (son iki şəxs lap uşaqlıqdan “Liverpul” azarkeşidi). Hələ Kodi Qakpo da toxunub. Yəqin Kloppun bu faktdan xəbəri yoxdu. Axı Qakpo hələ ki klubla heç nə qazanmayıb.

Veqhorst “Liverpul”a sevgisini etiraf edib

Veqhorstla bağlı problem lövhəyə toxunmasıyla məhdudlaşmır. Vaut ötənlərdə dəfələrlə “Liverpul”a sevgisini etiraf edib. İlk etiraf 2018-ci ildə - “Volfsburq”a keçəndən dərhal sonra “De Telegraaf”a verdiyi müsahibədə səslənib: “Uşaqlıqdan “Enfild”də “Liverpul” formasında oynamağı arzulayıram. Düşünürəm ki, tam gücümü ortaya qoysam, əlimə belə imkan düşəcək”.

Bir neçə ildən sonra da mövqeyi dəyişmədi: “Hesab edirəm ki, “Liverpul” xüsusi klubdu. “You’ll Never Walk Alone” mahnısı səslənəndə hələ də tüklərim biz-biz olur. İngiltərənin başqa nəhəng klubları da var, “Milan”ı da həmişə dəstəkləmişəm - əfsanəvi niderlandlı futbolçular orda oynayıb”.

Ancaq “Mançester Yunayted”ə transferdən dərhal sonra Vaut dedi ki, yeni komandası üçün can qoyacaq: “Bu xüsusi məqamdı. Çox qürurluyam və özümü bu komanda üçün fəda edəcəm”.

Azarkeşlər Veqhorstu qovmağı tələb edir

Əlbəttə, həm lövhəyə toxunması, həm də ötənlərdən üzə çıxan açıqlamalar “Yunayted” azarkeşlərini özündən çıxarıb – onlar məğlubiyyətin bütün ağrı-acısını niderlandlı hücumçunun üzərinə töküblər. Sosial şəbəkələrdə futbolçunu asıb-kəsirlər.

“Elə şeylər var ki, “Mançester Yunayted”in futbolçusu bunu etməməlidi. Qoy rədd olub “Bernli”yə, Türkiyəyə və ya gəldiyi başqa yerə dönsün”.

“O, bir daha “Mançester Yunayted”də oynamamalıdı. Hamı bilir ki, “Liverpul” fanatları həmin lövhəyə toxunmağı arzulayır. Bağışlanılmaz səhvdi”.

“MY-nin lövhəyə toxunan ilk futbolçusu. Biz hələ oyun başlalamış uduzmuşduq”.

Roy Kin də narazı azarkeşlərlə həmrəydi:

“Mən heç vaxt o lövhəyə toxunmamışam. Bu heyranlıqdı. Bəli, “Liverpul”un futbolçuları üçün ənənədi, ancaq rəqiblər üçün yox”.


Ancaq Veqhorstun hərəkətinə nisbətən sakit yanaşan “Yunayted” azarkeşləri də var:
“Mənə görə bu, sadəcə, əyləncəli təsadüfdü, yəni Veqhorstun “Liverpul” azarkeşi olduğunu deyib, MY-də görünməsi. Milyonlarla oxşar nümunə tapmaq olar. Məsələn, gənc Cek Qriliş illərlə “Mançester Yunayted” haqda tvit atdı, bu komandaya “Siti” ilə derbidə azarkeşlik etdi. Lövhəyə toxunmaq? Toxundu-toxundu da, dünyanın sonudu? İndi MY oyunçularının istənilən jestinə çoxları şeytani don geydirəcəklər, “emblemə yetərincə sadiq olmamağın” və ya belə axmaq ittihamların əlamətini axtaracaqlar. Guya məhz belə jestlər üzündən uduzublar”.


Veqhorst özünə necə bəraət qazandırır?

“Enfild”dəki darmadağından iki gün sonra niderlandlı hücumçu özü də izahat verməli oldu. Hamını əmin etməyə çalışdı ki, “Liverpul” azarkeşi deyil, həmin lövhəyə isə yalnız Van Diyki qəzəbləndirmək üçün toxunub:
“Adətən, medianın səs-küyünə heç bir reaksiya vermirəm, ancaq bu xüsusi vəziyyətdi. Ona görə ki, “Mançester Yunayted”in möhtəşəm fanatları mənim üçün çox vacibdi. Bu üzdən sosial şəbəkələrdə gəzən videoya aydınlıq gətirmək istəyirəm. Yığmadakı yoldaşlığımızdan bilirəm ki, Vircil hər dəfə oyuna çıxanda lövhəyə toxunur. Və mənim həmin lövhəyə can atmağımın yeganə səbəbi ona belə etməyə imkan verməmək idi. Uşaqlıqdan “Tvente”yə azarkeşlik edirəm, indi isə həm də “Yunayted”ə - oynamağımla qürur duyduğum komandaya. Bu böyük kluba sadiqliyim sorğulana bilməz. Bazar günü hamımız üçün qorxunc idi. Yaxın həftələrdə vəziyyəti düzəltmək üçün maksimum güclə çalışırıq. Birlikdə bu zərbədən özümüzə gələcək və mövsüm üçün bütün hədəflərimizə çatacağıq”.

Videoya əsasən mühakimə yürütsək, Vaut həqiqətən lövhəyə Van Diykdən dərhal sonra toxunur. Yəni “Liverpul”un müdafiəçisi əlini çəkəndən bir saniyə sonra. Veqhorstun belə jestlərlə rəqibləri hövsələdən çıxarmaq həvəsindən isə ən azı Argentina yığmasının futbolçuları yaxşı xəbərdardı. Dünya ulduzu Messi Vautun üzərinə çəmkirməsinə səbəb kimi niderlandlının oyunöncəsi təxribatlarını göstərməmişdimi?

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-03-2022, 13:0

"Liverpul"un seriyası qırıldı

Dünya futbolu

7-03-2023, 16:0

''Liverpul'' öz fanatını ömürlük cəzalandıra bilər

Dünya futbolu

27-03-2022, 15:0

“Barselona” “Liverpul”a qalib gəldi

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 186
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 169
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə