“Liverpul” və “Barselona”nın futbol veteranları arasında yoldaşlıq matçı keçirilib.
“Enfild”də baş tutan oyun İspaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı penalti ilə “Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard açıb. Fasilə ərəfəsində Covanninin, 54-cü dəqiqədə isə Rivaldonun vurduğu qollar “Barselona”nın qələbəsini təmin edib.
Matçın təşkilindən əldə edilən bütün vəsait xeyriyyə məqsədilə sərf ediləcək.