• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ceyhun Haşımov: "Yenidən normal həyata qayıtmaq istəyirəm"

Ölkə futbolu / Manşet

13-02-2023, 19:0

Xatırlayırsızsa, dekabrın 10-da birinci divizionun 14-cü turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” matçından sonra üzücü hadisə baş vermişdi.

Bakıya qayıdan hakimlər briqadası - Rövşən Rəcəbov, Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev və qarşılaşmanın hakim-inspektoru Ceyhun Haşımov qəzaya düşmüşdü. Hadisə zaman sabiq referinin çanağı sınmışdı.

Görəsən, Ceyhun Haşımovun indi vəziyyəti necədi? Özünü necə hiss edir? Onunla maraqlananlar var? Yenidən öz işinə qayıda biləcək? Futboldan, xeyriyyəçilik işlərindən kənarda qalmayıb ki? Müalicəsinin xeyri varmı? Ən əsası, tezliklə onu aramızda görə biləcəyikmi? Suallarımız çoxdu. Bunlara cavab tapmaq üçün Ceyhun bəylə əlaqə saxladıq. Hakim-inspektor tezliklə sağalacağına ümid etdiyini dilə gətirdi:

“Məni diqqətdə saxladığınız üçün hər birinizə təşəkkür edirəm. Əvvəlcə bütün türk dünyasına başsağlığı verirəm. Bu, bizim üçün böyük faciədi. Öz ağrılarım yaddan çıxıb. Allaha and olsun ki, hazırda bütün gün Türkiyədəki qardaş-bacılarımızı, balalarımızı düşünürəm. Sosial şəbəkələrdə gözüm xoş xəbərlər axtarır. Əfsuslar olsun ki, pis məlumatlar daha çoxdu... Xəstəxanadan evə buraxılandan sonra bir müddət müalicəm davam etdi. Tikişlər açılıb. İrəliləyişin olduğunu deyə bilərəm. Çünki ayaqlarım topuqdan tərpənir. Kənar dəstəyin – yüyürgəcin köməyi ilə evin içində olsa da, hərəkət edə bilirəm. Amma onurğa sümüyündə olan sınıqlar, ayağımda, topuğumda olan xəsarətlər hələ ki yeriməyə imkan vermir. Düzdü, çox çalışıram, idman edirəm. Amma təəssüf ki, hələ gücüm tam çatmır. Onurğa sütünumda, ayağımdakı xəsarətlər yerimdə dayanmağa imkan vermir. Amma ümidim böyükdü. Anlayıram ki, ağır əməliyyatdan çıxmışam. Düzdü, ikinci əməliyyatla bağlı bu yaxınlarda söhbət gedirdi. Amma hələ ki gözləyirəm. İstəmirəm ki, yenə əməliyyat olum. Ağrılar qalsa, amma addım ata bilsəm, yəqin ki, imtina edəcəm. Düşünürəm ki, bu imtahanı keçə biləcəm”.


Hakim-inspektor həm AFFA-nın, həm də PFL-in onunla maraqlandığını söylədi:
“Hər kəsdən çox razıyam. Çox adam maraqlanır. Yazırlar, gəlirlər. Mən də imkanım olduğu müddətdə bu barədə sosial şəbəkələrdə insanlara məlumat verirəm. Bu məqam mənə psixoloji baxımdan müsbət təsir edir. Bir az təskinlik tapıram. Düşünürəm ki, yaddan çıxmıram, insanlar məni unutmur. Onların dəstəyi indiki məqamda mənim kimi insana çox vacibdi. Normal həyatını davam etdirən adamın fikirləri tam başqa olur. Yatağa məhkum olan şəxsi isə fərqli düşüncələr boğur. Bu səbəbdən də Türkiyədəki zəlzələdən sonra dağıntılar altından çıxanları çox yaxşı başa düşürəm. Hamısının müsahibələrinə baxıram. Hansı hissləri keçirirlər, nə əziyyətlər çəkirlər - başa düşürəm. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq. Hazırda mənimlə AFFA-dakılar müntəzəm əlaqə saxlayır. Hakimlər Komitəsindən maraqlanırlar. Onlar da gəlirlər. AFFA, PFL rəhbərliyi də xəstəxanadan çıxandan sonra da əlaqə saxlayıb. Federasiyanın baş katibi Sərxan Hacıyev bir neçə dəfə şəxsən özü əlaqə saxladı. Nəyəsə ehtiyacımın olub-olmadığını soruşdu. Sona qədər yanımda olduqlarını söylədi. Nəyəsə ehtiyacım olarsa, müraciət edə biləcəyimi dedi. Yəni hamı öz üzərinə düşən və düşməyən işi görür. Buna görə də onlara minnətdaram. “Liv Bona Dea Hospital”ın əməkdaşları da çox sağ olsunlar. Mənim üçün çox əziyyət çəkdilər. Həqiqətən də çox ağır əməliyyatdan çıxdım. Onların sayəsində indi özümü yaxşı hiss edirəm. Düzdü, belə bir əməliyyatdan sonra 10 günə ayağa durub yerimək çətindi. İnşallah, bu yaxınlarda gəzəcəm. Daxilimdə bir hiss deyir ki, bacaracaqsan. Özümdə bu gücü tapacam. Yenidən normal həyata qayıtmaq istəyirəm. Ola bilər ki, fiziki işlər görə bilməyim. Bəlkə də qaçmayacam, futbol oynamayacam. Amma bu vəziyyətim dərs deməyə, hakim-inspektorluq etməyimə heç bir maneə törətməyəcək. Hakim-inspektorlar tez-tez dərslər keçir. Həmin seminarları videoformatda mənə də göndərirlər. Sualları tez cavablayaraq onlara qaytarıram. Özümü formada saxlayıram. Evdə bu istiqamətdə kitablar oxuyuram. Misli premyer-liqasının oyunlarını, digər futbol matçlarını izləyirəm. Hakimlərlə tez-tez əlaqə saxlayır, onların fikirlərini soruşuram. Nələrisə müzakirə edirik. Sağ olsunlar ki, məni bu işin içində saxlayırlar. Əsas məqsəd iş prinsipinin yaddan çıxmamasıdı. Bu şeylərdə mənə kömək edirlər”.


Ceyhun bəy xeyriyyə işlərinə davam etdiyini də vurğuladı:
“Dostlarım tez-tez yanıma gəlir. Deyirlər ki, narkozda ola-ola, öz-özümə danışmışam ki, ərzaqları çatdırın. İnsanların ac olduqlarını bildirmişəm. Bu artıq mənim ruhuma hopub. Bunu etməsəm, dayana bilmərəm. Çox istədim ki, xeyriyyəçilikdən kənarlaşım. Çünki həqiqətən adamın əsəb sistemini pozur. Xəstə, ac uşaqları, insanları görmək adamı özündən çıxarır. Onları əməliyyata aparmaq, yeməkləri üçün ərzaq tapmaq insana çox pis təsir edir. İndi özüm getmirəm. Amma işləri idarə edə bilirəm. Evdəkilər bazarlıq edir, qablaşdırır və çatdırırlar. Ailəmə də təşəkkürümü bildirirəm. Ümumiyyətlə, bu işdə mənə dəstək olan hamıya minnətdaram. Sağ olsunlar ki, bu məqamda belə məni tək buraxmırlar. Mənəvi dəstək belə mənə psixoloji cəhətdən yaxşı təsir edir. İnşallah, ayağa qalxım, özüm bu işləri davam etdirəcəm. Təbii ki, Allah istəsə. Həyat davam edir. İnşallah, arzu edirəm ki, gələn dəfə ayaqüstə, gəzərək sizə müsahibə və ya açıqlama verim. Açığı, sağalmadan danışmaq istəmirdim. Hörmət etdiyim “Futbol+” kollektivi mənimlə maraqlanırsa, onları cavabsız qoymaq olmazdı”.


İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Maraqlı / Manşet

10-12-2022, 21:0

Azərbaycanlı hakimlər qəzaya düşdülər: 1 ölü, 2 yaralı

Maraqlı / Manşet

11-12-2022, 11:0

Mingəçevirdə qəzaya düşən hakimlərdən yeni xəbər - VİDEO

Aktual / Manşet

12-12-2022, 11:0

AFFA-nın baş katibi qəzaya düşən hakim-inspektora baş çəkdi

1-ci liqa

9-12-2022, 11:0

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçını bu hakim idarə edəcək

1-ci liqa

10-10-2022, 14:0

Divizionda növbəti turun təyinatları açıqlandı

Aktual / Manşet

22-12-2022, 14:0

Ceyhun Haşımov bu gün evə buraxılacaq

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə