Bildiyiniz kimi, 1-ci divizionun 14-cü turunda baş tutan "Mingəçevir" - "Qaradağ Lökbatan" matçından sonra görüşün hakimləri və hakim-inspketoru Bakıya qayıdan zaman qəza törədib.
Football-plus.az xəbər verir ki, hadisə zamanı yaralanan Ceyhun Haşımov şəxsi "feysbuk" hesabında növbəti paylaşımını edib. AFFA-nın baş katibi Sərxan Hacıyev hakim-inspektora müalicə aldığı xəstəxanada ziyarət edib. Bundan əlavə, Ceyhun Haşımov qəzanın necə baş verdiyi ilə bağlı fikirlərini izləyiciləri ilə bölüşüb.
Həmin videonu diqqətinizə çatdırırıq: