Dünən 1-ci divizionun 14-cü turunun "Mingəçevir" "Qaradağ Lökbatan" görüşündən (0:2) sonra üzücü hadisə baş verib.
Football-plus.az xəbər verir ki, öncədən bildirdiyimiz kimi, görüşdən sonra Bakıya geri dönən hakimlər briqadası - Rövşən Rəcəbov, Elmin Süleymanov, Rəsul Babayev, Asif Abdullayev və qarşılaşmanın hakim-inspektoru Ceyhun Haşımov qəzaya düşüblər.
Toqquşma nəticəsində çanağı sınan Ceyhun Haşımov xəstəxanadan görüntülərini "feysbuk" hesabında paylaşıb. Həmin kadrları təqdim edirik: