• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya”da “qazan qaynayır”: Noyer rəhbərliyi, rəhbərlik də qapıçını tənqid etdi

Yazarlar

8-02-2023, 17:0

Almaniya futbolunun flaqmanı “Bavariya”da vəziyyət yenə gərgindi.


Football-plus.az xəbər verir ki, bu gərginlik dekabrın 9-da – kapitan Manuel Noyerin dağda xizək sürərkən ayağının qırılması ilə başladı və indiyə qədər də davam edir.

“Karyeramda yaşadığım ən acı hadisədi”

Bilindiyi kimi, əməliyyat olunan Noyer ən azı mövsümün sonuna qədər sıradan çıxıb. “Bavariya” onun yerinə Münhenqladbax “Borussiya”sından təcrübəli Yan Zommeri transfer edib. Daha sonra rəhbərlik gözlənilmədən Toni Topaloviçlə yolları ayırdı. Topaloviç 2011-dən bəri klubda qapıçılar üzrə məşqçi kimi çalışırdı və ən əsası Noyerin ən yaxın dostu idi. Onun həm baş məşqçi Yulian Naqelsmannla münasibətlərinin qaydasında olmadığı, həm məşqçilər korpusunda başverənləri Noyerə çatdırdığı, həm də Noyerdən başqa heç bir qapıçını sevmədiyi iddia edilirdi. Nəhayət, 36 yaşlı məşhur qapıçı şənbə günü suqunluğu pozdu. O, İngiltərənin “The Atletic” nəşrinə müsahibəsində Topaloviçin qovulmasına reaksiya bildirərək rəhbərliyin addımını tənqid etdi: “Bu xəbəri heç birimiz gözləmirdik. Toninin özü üçün də acı sürpriz oldu. Mən hələ də suallar içindəyəm və nə edəcəyimi bilmirəm. Toni 11,5 ildi klubda idi. O, heç də mənim adamım deyildi. “Bavariya”nı sevirdi və bütün qapıçılarla ürəkdən çalışırdı. Onsuz da zədədən sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildim. Bu qərar mənim üçün ikinci zərbə oldu. Sanki ürəyimi yerindən qopardılar. Karyeramda yaşadığım ən acı hadisə oldu! Düzdü, əvvəlki illərdə bir çox çətinlikdən keçmişəm. Amma onların heç biri bu durumla müqayisəyə gələ bilməz. Elə “Bavariya”dakı başqa qapıçılar da pərişandı. Onların bəziləri ağlayırdı. Bu çox şeydən xəbər verir. “Bavariya” böyük bir ailədi və belə şeylər baş verməməlidi. İstefa ilə bağlı ortaya atılan səbəblərin heç biri məni qane etmir. Bunlarla razılaşa bilmərəm. Məsələn, Aleksander Nübelin onunla yola getmədiyini deyirlər. Bu, mümkün deyil. Nübeli “Şalke-04”də kəşf edən və “Bavariya”ya dəvət edən məhz Topaloviç olub. Dediyim kimi, bütün qapıçılar onu sevirdi. Daha öncə “Bavariya”da işləyən məşqçilərdən – Qvardiola ilə Ançelottidən də Topaloviç barədə soruşa bilərsiz. O, məşqçilər korpusundan mənə informasiya çatdırırdımı? Xeyr. Yüz faiz deyirəm ki, belə şey olmayıb. Toni heç bir məşqçinin dönəmində bunu etməyib. Naqelsmannın onunla heç vaxt normal şəkildə birlikdə çalışmaması haqda dediyi sözləri isə şərh edə bilmərəm. Çünki məşqçilər korpusunun içində deyiləm”.

“Kapitandan tam başqa sözlər gözləyirdim”

Gözlənildiyi kimi, bu hay-küylü açıqlamalar həm “Bavariya”da, həm də futbol ictimaiyyətində böyük ajiotaj doğurdu. Birincisi, Noyer müsahibəni klubdan icazəsiz verdiyi üçün onu ən azı pul cəzası gözləyir. Bundan başqa, idarə heyətinin sədri Oliver Kan da Noyerin cavabını sərt şəkildə verdi: “Manuelin Topaloviçin istefası ilə bağlı dediyi sözlər nə onun kapitan statusu, nə də “Bavariya”nın dəyərləri ilə üst-üstə düşür. Həm də bunu düzgün vaxtda etmədi. Çünki klubu qarşıda vacib və çətin oyunlar gözləyir. Bu barədə onunla çox ciddi söhbətimiz olacaq”.

İdman direktoru Hasan Salihamiciç də mövzudan kənarda qalmadı: “Başa düşürəm ki, Manuel bu qərardan çox məyusdu. Amma mən “Bavariya”nın kapitanı statusunda olan bir oyunçudan tam başqa cür davranış və başqa sözlər gözləyirdim. Topaloviçlə bağlı qəbul etdiyimiz qərarın Noyerlə heç bir əlaqəsi yoxdu. Bunu ən birinci elə onun özünə izah etmişdik”. “Volfsburq”la bazar günü keçirilən qarşılaşmanın ardından, təbii ki, jurnalistlər baş məşqçi Yulian Naqelsmannın da fikrini öyrənməyə çalışdılar. 35 yaşlı mütəxəssis əvvəlcə gah nala, gah mıxa vurmağa, mümkün qədər cavabdan qaçmağa çalışsa da, sonda bunu dedi: “Şəxsən mən belə bir müsahibə verməzdim. Bu sözlər ab-havanı sakitləşdirmir, əksinə, hər şeyi daha da qəlizləşdirir. Çünki bütün nəşrlər və ölkə futbol ictimaiyyəti bundan danışır”. Sabiqlər də qalmaqala münasibət bildirdilər. 1993-98-ci illərdə “Bavariya”nın şərəfini qorumuş Ditmar Hamann bildirdi ki, Noyer bu sözləri ilə özünü klubdan üstün saydığını göstərdi. Hamannın fikrincə, “Bavariya” ilə Noyer artıq yollarını ayırmalıdı və Zommer onu artıqlamasıyla əvəzləməyə qadirdi. Ən sərt açıqlama Almaniya futbolunun əfsanələrindən olan Lotar Matteusdan gəldi. O, köşə yazısında Noyeri yıxıb-sürüdü: “Bundan sonra ona heç bir halda kapitan sarğısı verilməməlidi! Məsuliyyətsizliyə yol verərək ayağını sındırması və klubu çətin vəziyyətdə qoyması azmış kimi, indi də icazəsiz müsahibə verərək rəhbərliyin qərarını tənqid edib. O özü bir neçə həftə öncə iddia edirdi ki, heç kim klubdan üstün deyil. İndi nə dəyişdi? Mən özüm bütün bu illər ərzində Noyerin ən böyük pərəstişkarlarından biri idim. Amma belə şey harda görünüb? Yataqda uzanıb zədəni müalicə edə-edə sənə puluvu ödəməkdə davam edən klubu tənqid edəsən... Bu heç bir məntiqə sığmır. Düzdü, onun klubda böyük nüfuzu var və oyunu ilə bunu qazanıb. Məsələn, Qnabri bircəgünlüyə Parisdəki moda həftəsinə gedən kimi hamı onu tənqid atəşinə tutdu. Amma Noyer məsuliyyətsizlik edib xizəkdə ayağını qıranda ona güldən ağır söz deyən olmadı. Noyer Levandovski ilə birlikdə son 10 ildə “Bavariya”nın qazandığı bütün titulların əsas qəhrəmanıdı. Amma bu, ona belə açıqlama verməyə əsas vermir”.

Bu arada “Kikker” nəşrinin yazdığına inansaq, son hadisələrin ardından Noyer ilə Naqelsmannın onsuz da yaxşı olmayan münasibətləri daha da pozulub. Manuel hələ də düşünür ki, Topaloviçin qovulmasının əsas səbəbkarı məhz Naqelsmanndı. Maraqlıdı ki, kluba yaxın mənbələrin iddiasına görə, oyunçuların çoxu bu münaqişədə Noyerin tərəfindədi və onlar qapıçının verdiyi müsahibəni dəstəkləyirlər. Ancaq bu məqamın məşq və oyunlara hazırlıq prosesinə təsir etmədiyi bildirilir.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-01-2023, 17:0

Noyerin yerini Zommer tuta bilər

Maraqlı

16-01-2023, 11:0

Əvvəlki Noyeri bir daha görməyəcəyik? - TƏHLİL

Dünya futbolu

24-05-2022, 15:0

Məşhur qapıçı klubu ilə yenidən anlaşdı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 248
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə