• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əvvəlki Noyeri bir daha görməyəcəyik? - TƏHLİL

Maraqlı

16-01-2023, 11:0

“Bavariya”nın və Almaniya yığmasının kapitanı Manuel Noyerlə bağlı yayılan son xəbərlər heç də ürəkaçan deyil.


Football-plus.az xəbər verir ki, məşhur qapıçının yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. Ən əsası onun qayıdışı gözləniləndən daha uzun çəkə bilər.

“Bild”dən sensasiyalı iddia
Bilindiyi kimi, bundestim üçün son mundial uğursuz alındı və komanda mübarizəni qrup mərhələsində dayandırmalı oldu. Noyer də digər yığma üzvləri kimi tətilə yollandı. O, dağ xizəyinin olduğu kurort zonalardan birinə yollanmaq qərarına gəldi. Amma seçimini klassik xizək saymaq olmazdı. 36 yaşlı əlcək sahibi bir qədər adrenalin yaşamaq eşqinə düşdü. Onun skiturinqə maraq göstərməsi çoxlarına məlumdu. Başqa sözlə desək, onun abadlaşdırılmayan və təhlükəli yollarda xizək sürməyə meyli var. Sözsüz, bir peşəkar futbolçu üçün bu olduqca təhlükəli bir məşğuliyyətdi. Noyerin tətili elə də uzun alınmadı. Artıq dekabrın 10-da o, Münhenin yaxınlığında yerləşən xəstəxanaların birində çəkilmiş şəklini paylaşdı. Həmin an o artıq əməliyyat olunmuşdu! “Bild”in yazdığına görə, Noyerdə sağ baldır sümüyünün qapalı sınığı qeydə alınmışdı. Üzücü durum olsa da, belə sınıqlara tez-tez rast gəlinir və onun müalicəsi təxminən 5-6 ay çəkir. Ona görə də hamıya bəlli oldu ki, Noyer artıq bu mövsüm “Bavariya”ya kömək edə bilməyəcək.

Amma “Bild”in əməkdaşları sakit durmadılar. Onlar məsələni ətraflı araşdırmaq qərarına gəldilər. Srağagün bu nəşr ortaya sensasiya doğuracaq iddia atıb. Sən demə, Noyerin zədəsi deyiləndən çox ciddi imiş və “Bavariya” rəhbərliyi bunu ictimaiyyətdən gizlədir. Birincisi, məşhur qapıçının sınığı qapalı yox, açıq imiş. İkincisi, sınıq təkcə böyük yox, kiçik baldır sümüyündə də qeydə alınıb! Belə zədə zamanı əzələ toxumaları sıradan çıxır və sümüklərin birləşməsi prosesi çətinləşir. Düzdü, hələ ki Noyerin ətrafı və “Bavariya” rəsmiləri bu iddiaları nə təkzib, nə də təsdiq ediblər. Amma “Bild”in yazdığı doğrudusa, Noyer hətta karyerasını bitirmək məcburiyyətində də qala bilər! Ya da Manuel qayıtsa belə, artıq əvvəlki səviyyəsində olmayacaq.

Vaxt azalır. Naqelsmann yeni qapıçı istəyir
Təbii ki, əsas qapıçısını və liderlərindən birini itirdikdən sonra “Bavariya” dərhal qapıçı axtarışına başladı. Yann Zommer, Yassin Bunu və Dominik Livakoviç münhenlilərin maraq dairəsinə düşdü. Amma siyahıda olan qapıçılar müxtəlif səbəblərdən bir-bir ordan çıxdılar və orda yalnız Zommerin adı qaldı! İlk baxışdan təcrübəli isveçrəli qapıçının transferi asan görünürdü. Çünki onun Münhenqladbax “Borussiya”sı ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır. Amma qəribədi ki, “Borussiya” “Bavariya”nın 5 milyon avroluq təklifini geri çevirdi. Münhenqladbaxlılar ən azı 8 milyon avro tələb etdilər. Bu da qarşı tərəfi qane etmədiyindən danışıqlar prosesi dayandırılıb. Deyilənə görə, belə tarixi fürsətin əldən çıxmaq üzrə olması Zommerə psixoloji cəhətdən çox pis təsir edib. İndiyə qədər İsveçrədən başqa heç yerdə titul qazana bilməyən 33 yaşlı qapıçı ən azı 6 ay ərzində “Bavariya” kimi klubun əsas qapıçısı olmaq və ən ciddi hədəflər uğrunda mübarizə aparmaq istəyir. Daha bir variant ötən ildən bəri “Monako”da icarədə olan Aleksander Nyubelin geri qaytarılmasıdı. Amma 26 yaşlı qapıçı rəhbrəlikdən klubda sağlam rəqabət olacağı və Noyerin qayıdan kimi əsas qapıçı statusuna yiyələnməyəcəyi ilə bağlı zəmanət tələb edib. Vəziyətti qəlizləşdirən odu ki, Nyubelin “Bavariya”nın qapıçılar üzrə məşqçisi Toni Topaloviçlə münasibətləri qaydasında deyil. Deyilənə görə, Topaloviç Noyerin böyük fanatıdı və onun qayıdışını səbirsizliklə gözləyir. Fakt budu ki, bundesliqada fasilənin başa çatmasına 1 həftədən az vaxt qalsa da, “Bavariya” hələ də qapıçı problemini həll etməyib! Böyük ehtimalla yanvarın 20-də “Leyptsiq”ə qarşı çətin səfər oyununda qapını Noyerin əvəzləyicisi Sven Ulrayx qoruyacaq. Baş məşqçi Yuliann Naqelsmann isə lap əvəzedici statusda olsa da, yeni qapıçı transferini çox vacib sayır: “Mövsümün bu məqamında qapıçı axtarışına çıxarkən problemlə üzləşməyimiz normaldı. Mövsümün ortasında heç kim öz əsas qapıçısını başqa kluba göndərmək istəmir. Ulrayx toplanışda heç də pis təsir bağışlamır. Ona güvənmək olar. Amma məsələ burasındadı ki, əlimizdə yüksək səviyyədə oynaya biləcək yalnız bir qapıçı qalıb. Ulrayx da zədələnsə, nə olacaq? Digər qapıçılarımız gəncdi və indiyə qədər əsas komandada bir rəsmi oyun da keçirməyiblər. Mövsümün həlledici məqamında onların ümidinə qalmaq böyük risk ola bilər. Qapıçı tapmaq digər mövqelərlə müqayisədə daha çətindi. Çünki məsələn, sağ müdafiəçi axtarırsansa, mərkəz müdafiəçisi alıb həmin mövqedə oynada bilərsən. Qapıda isə bunu etmək mümkün deyil. Ona görə də bir qədər səbirli olmalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-05-2022, 15:0

Məşhur qapıçı klubu ilə yenidən anlaşdı

Dünya futbolu

13-01-2023, 17:0

Noyerin yerini Zommer tuta bilər

Dünya futbolu

12-12-2022, 12:0

"Bavariya" Navasın transferində problem yaşayır

Manşet / Müsahibə

16-12-2022, 15:0

“Braziliyanın qarşısını kəsən mənim üçün həmişə qəhrəmandı” - MÜSAHİBƏ

Dünya futbolu

19-04-2022, 21:0

Müller ilə Noyerin məsələsinə aydınlıq gəldi

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə