Nəhayət, Manuel Noyerlə bağlı məsələ yoluna qoyulub.
“Bavariya” rəhbərliyi uzun sürən çək-çevirdən sonra onunla yeni müqavilə imzalayıb. Almaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 36 yaşlı qapıçı ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb. Tərəflərin əməkdaşlığın müddətini daha birilliyə artırması da nəzərdə tutulub. “Bild” qəzeti Noyerin ilə 20 milyon avrodan çox qazanacağını iddia edir.
Qeyd edək ki, Manuel “Bavariya”da 2011-ci ilin yayından çıxış edir.