Münhenqladbax “Borussiya”sının qapıçısı Yan Zommer “Bavariya”ya keçməyə yaxındı.
Football-plus.az xəbər verir ki, Almaniya mənbələri tərəflərin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulacaq müqavilənin detallarını müzakirə etdiyini xəbər verib.
İsveçrə millisinin üzvü də “Bavariya”ya keçmək istəyir. Xatırladaq ki, münhenlilərin əsas qapıçısı Manuel Noyer tətil zamanı xizək sürərkən ağır zədələnib. Ayağı sınan dünya çempionu cari mövsümünün sonuna kimi oynaya bilməyəcək. Zommerə gəlincə, o, “Borussiya”ya 2014-cü ilin yayında keçib. Bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 11 oyunda 14 top buraxıb.