• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Həsənli Qəbələdə, Əhmədov Bakıda işləri korladı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Yazarlar

6-02-2023, 13:0

Misli premyer-liqasının 20-ci turunda bir-birindən maraqlı qarşılaşmaların şahidi olduq.

Hakimlik baxımından da diqqəti çəkən olaylar yaşandı. Daha dəqiq desək, narazılığa yol açan, gündəm mövzusu olan qərarlar verildi. Vərəqələrin bol olduğu turda ədalət təmsilçiləri ön planda idi. Sözü çox uzatmadan reportyorlarımızın qeydlərinə keçid alaq.

Sumqayıt – Turan Tovuz, RAUF ALLAHVERDİYEV

“Kapital Bank Arena”da turnir cədvəlinin ikinci” beşliy”ində yer alan komandalar üz-üzə gəlsə də, 90 dəqiqə çox maraqlı və sürətli oyunla yadda qaldı. Rauf Allahverdiyev premyer-liqanın gənc hakimlərindən olmasına baxmayaraq, üzərinə düşən işin öhdəsindən gəldi desək, yanılmarıq. Düzdü, bəzi epizodlarda xırda səhvləri var idi. Ancaq ümumilikdə onun idarəçiliyini qənaətbəxş saymaq olar. Unutmayaq ki, istər qalib komandanın baş məşqçisi Samir Abasov, istərsə də məğlub olan “Turan Tovuz”un çalışdırıcısı Ayxan Abbasov ambisiyalı, emosional məşqçilər qrupuna aiddi. Matçdan sonra adını çəkdiyimiz mütəxəssislər narazılıq etməyibsə, deməli, oyunda hakimliklə bağlı problem olmayıb.

Qarabağ – Şamaxı, KAMRANBƏY RƏHİMOV

Kamranbəy elitanın hakimlər ailəsinə yeni qoşulanlardandı. Buna baxmayaraq, təyinat aldığı görüşdə heç də pis təsir bağışlamadı. Onun idarəçiyində yeganə çatışmazlıq Qara Qaarayevin 47-ci dəqiqədə vurduğu ikinci qolda gec qərar verməsi idi. VAR-dan siqnal alan baş hakim əvvəlcə VAR-da oturan hakimlərin qərarını gözlədi ki, buna ən azı 2 dəqiqə getdi. Ondan sonra isə özü monitora yaxınlaşıb epizoda yenidən baxdı ki, burda da təxminən dəqiqəyarım havaya sovruldu. Belədə meydanda olan futbolçular tərləri soyumasın deyə gah isinmə hərəkətləri etməklə, gah da topu bir-birinə ötürməklə yadda qaldılar. Bir sözlə, hakimin gec qərar verməsi oyunun tempinə təsirsiz ötüşmədi. Rəhimov bu çatışmazlığı aradan qaldırsa, gələcəkdə daha ağır oyunların altından çıxa bilər.

Səbail – Kəpəz, TURAL QURBANOV

Oyun hər iki komanda üçün böyük əhəmiyyət daşıyırdı. Bu səbəbdən, demək olar, Tural Qurbanovun işi bir qədər də çətinləşmişdi. Lakin gənc hakim qarşılaşmanın öhdəsindən gələ bildi. Baxmayaraq ki, qonaqların baş məşqçisi Tərlan Əhmədov dəfələrlə onun qərarlarına etiraz etməklə yadda qaldı. Lakin baş hakim heç bir nöqsana yol vermədi. Ümumilikdə oyunun gərginliyi üzündən bir qədər çətinlik çəksə də, işinin öhdəsindən gəldiyini demək mümkündü.

Qəbələ - Sabah, VÜQAR HƏSƏNLİ

Vüqar Həsənli qarşılaşma ərzində tez-tez meydan sahiblərinin əleyhinə qərarlar verirdi. Oyunun 27-ci dəqiqəsində "qırmızı-qaralar"ın futbolçusu Ruan Renatoya sarı vərəqə göstərilməsi müdafiəçini özündən çıxardı. Hakimin qərarına aqressiv münasibət göstərməsi isə braziliyalıya baha başa oturdu. Həsənli ona ikinci “sarı”nı göstərərək meydandan qovdu. Ümumilikdə hakim tez-tez əlini cibinə atmaqla komandalara sərt oynamağa imkan vermirdi. Onun tez-tez fitini səsləndirməsi nə "Qəbələ"ni, nə də yerli azarkeşləri razı saldı. Yeri gəlmişkən, tribunalara toplaşan qəbələlilər oyunboyu hakimlərin ünvanına təhqir yağdırdı. “Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev isə jurnalistlərə açıqlamasında hakimlikdən narazılığını dilə gətirdi.

Neftçi – Zirə, RƏŞAD ƏHMƏDOV

Bu qarşılaşmada idarəçiliklə bağlı müəyyən səhvlər oldu. Rəşad Əhmədovdan daha çox narazı qalan Rəşad Sadıqov idi. Mingəçəvirli referi ilk hissədə Solomon Kverkveliyanın cərimə meydançası daxilində Hamidu Keytaya qarşı kobud oynadığı epizodda penalti təyin etmədi. İkinci hissədə isə daha bir qəribə qərar qəbul olundu. 71-ci dəqiqədə Mateus Saldanya yerdə qaldı. Vild-Donald Gerye ona qarşı kobud oynasa da, öncədən yan xətt hakiminin bayrağı qalxdığı üçün referi ofsayd qeydə aldı. Lakin VAR-dan gələn xəbərdarlıqdan sonra Rəşad Əhmədov epizodu yenidən izləyərək Geryeni meydandan qovdu. Ki, haitili Mateusun üzünə zərbə endirmişdi. Oyundan sonra bu epizod səs-küyə səbəb olsa da, referinin qərarı haqlı idi. Baxmayaraq ki, Barış Şimşək bir çox qərarların səhv olduğunu "CBC Sport"a açıqlamasında bildirdi. Ümumilikdə Rəşad Əhmədovun oyunu yaxşı idarə etmədiyini söyləyə bilərik.

Rəşad / Football-plus.az

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

2-10-2022, 20:0

"Sabah"dan çətin qələbə, Sumqayıtda qol vurulmadı - YENİLƏNİB

Premyer-liqa / Manşet

9-09-2022, 18:0

"Turan Tovuz" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

26-11-2022, 14:0

15-ci turun təyinatları bəlli oldu

Premyer-liqa / Manşet

7-10-2022, 15:0

Heç kim “imtahandan kəsilmədi” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

28-10-2022, 16:0

"Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi

Premyer-liqa

4-08-2022, 19:0

Premyer-liqanın ilk turunun təyinatları açıqlandı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 236
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 235
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə